“Köhnə xatirələr” qiyafəsində,“səmimiyyət” pərdəsi altında Kamaləddin Qafarov haqqında yazarkən...

“Köhnə xatirələr” qiyafəsində,“səmimiyyət” pərdəsi altında Kamaləddin Qafarov haqqında yazarkən... 

Kamaləddin Qafarov haqqında “Deputatı nəinki seçiçiləri, heç parlamentdəki həmkarları və jurnalistlər belə yaxından tanımır” – yazmaq və yaymaq mənfi emosiyaların təzahürüdür, sağlam hisslərin tabutuna vurulmuş sonuncu mıxdır.

Necə yəni, deputatı parlamentdəki həmkarları tanımır?!  Bu qədər "ağ yalan" yazmaq olar?

Əslində VI çağırış Milli Məclisə seçkilər ərəfəsində onu dərman biznesi sahəsinə rəhbərlik etməkdə ittiham etməyin, Kamaləddin Qafarovun onlarla şirkətinin olduğunu yazmağın, Onkologiya Mərkəzində kimyaterapiyasına, şüa seansına onun rəhbərliyi ilə pul yığılmasını vurğulamağın  bir adı var – necə olursa -olsun, onu siyasi arenadan uzaqlaşdırmağa, yüksək eşalonda qanunverici orqana seçilməsinə mane olmağa cəhd göstərmək. Əksinə belə hallar çoxsaylı seçiçi kütləsinin təşviş və nifrət hissinə səbəb olur, seçiçilər adından KİV-lərə müraciət etmək zərurəti yaradır, yazılan “yazıların” vahid şəkildə ümumiləşdirilməsini mümkünləşdirir.


Çünki, Kamaləddin Qafarovu hamıdan gizlənməkdə ittiham etmək, ona “kəşfiyyatçıdırmı” demək, internetdə onunla bağlı yazıların əsas etibarı ilə dərman biznesi ilə bağlı olduğunu qabartmaq, hətta indiki halda seçiçilərinin onu çıraqla axtardığını yazmaq “köhnə xatirələr” qiyafəsinə bürünüb, “səmimiyyət” pərdəsi altında yanlış təsəvvür yaratmaqdır, anonim şayiələrə əsaslanmaqdır, baxça uşağına əxlaq dərsi verməyə çalışmaqdır .


Bir də ki,Kamaləddin Qafarov seçiciləri ilə görüşlər keçirdiyi bir ərəfədə onun seçicilərindən gizləndiyini yazmaq absurdur.Görünür,Kamaləddin Qafarovun  rəqibləri düşünürmüşlər ki,ona ünvanlanacaq yağış kimi sualların doğruacağı narazılıqlar mətbuatın gündəmini zəbt edəcək,bu xəbərlər kütləviləşəcək,bu səbəbdən o, seçiciləri ilə  görüşməkdən qorxacaq.Ancaq unudurlar ki,sözügedən dairənin hazırkı deputatı haqqında yazılanlar quru palçıq divara yapışmadığı kimi,Kamaləddin Qafarov üçün heç bir əhəmiyyət kəsb etmir.Çünkü hazırda o, 9 saylı Binəqədi ikinci Seçki Dairəsində silsilə görüşləri ilə seçiciləri ilə gündəlik təmasdadır.


Kamaləddin Qafarovla bağlı  ayrı-ayrı mətbu orqanlardan sitat gətirməkdən yan keçirik, yazılanlara ümumi münasibət bildiririk. Bunu isə onunla əlaqələndiririk ki, Kəmaləddin Qafarov haqqında yazılan tənqidi materialların məzmunu eynidir, qayəsi də ittiham xarakterlidir. Bu səbəbdən də fikirlərimizi konkretləşdirərək çıxarılan müsbət-obyektiv nəticəni ümumi səciyyələndirik.


Kamaləddin Qafarov haqqında təkrarçılıqla “faktlara” əsaslananların təfəkkürünə şübhə ilə irad tutaraq qeyd etmək istəyirik ki, cəmiyyət haqqında qanunlarla emosional təsəvvürün yerini dəyişik salmasınlar. Faktlara, dəlillərə, sübutlara əsaslanmaq əvəzinə təsvirə  söykənərək namizəd haqqında yazırlar ki, bu da nəticə etibarı ilə cəfəngiyyatdır,VI çağırış Milli Məclisə keçiriləcək seçkilərin təbliğat və təşviqat müddətində Kamaləddin Qafarov haqqında həqiqətlə əlaqəsi olmayan məlumatlardır,süni ittiham sübutları ilə təfəkkürləri “səfərbər etməkdir”.


O ki qaldı 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən namizədliyi qeydə alınan namizədlərin deputat seçilə bilmək şanslarına, burada mübarizə əsasən iki namizədin arasında gedə bilər.Bunlar namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarov“Müsavat” Partiyasının namizədi Nemət Kərimlidir.


Aparılan müşahidələr göstərir ki,Kamaləddin Qafarov indiyə qədər millət vəkili kimi 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə bir çox uğurlu işlərə imza atıb, digər namizədlərlə müqayisədə seçiciləri ilə daha çox  təmasda olub,onların problemlərinin həllinə çalışıb,bir çox problemlərin də həllinə nail olub.Bu işləri gördüyü illərdə seçicilərinin yaxın tərəfdaşına çevrilə bilib.Təbii ki,bütün bunlar da seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək.

 Faktinfo.az

“Köhnə xatirələr” qiyafəsində,“səmimiyyət” pərdəsi altında Kamaləddin Qafarov haqqında yazarkən...“Köhnə xatirələr” qiyafəsində,“səmimiyyət” pərdəsi altında Kamaləddin Qafarov haqqında yazarkən...“Köhnə xatirələr” qiyafəsində,“səmimiyyət” pərdəsi altında Kamaləddin Qafarov haqqında yazarkən...“Köhnə xatirələr” qiyafəsində,“səmimiyyət” pərdəsi altında Kamaləddin Qafarov haqqında yazarkən...“Köhnə xatirələr” qiyafəsində,“səmimiyyət” pərdəsi altında Kamaləddin Qafarov haqqında yazarkən...“Köhnə xatirələr” qiyafəsində,“səmimiyyət” pərdəsi altında Kamaləddin Qafarov haqqında yazarkən...
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi