"Komitə rəhbərliyində müxalifət partiyalarının təmsil olunması..."

"Komitə rəhbərliyində müxalifət partiyalarının təmsil olunması..." -Aqiyə Naxçıvanlı

"Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə əldə edərək özünün ərazi bütövlüyünü bərpa etməsi 2020-ci ili dövlətimizin və xalqımızın tarixinə ən önəmli və əlamətdar illərdən biri olaraq yazdı.

Eyni zamanda qeyd olunmalıdır ki, həmin il ölkəmizin ictimai-siyasi həyatında daha bir neçə əhəmiyyətli hadisələr baş verdi.Əlbəttə ki, ilk növbədə həmin hadisələr də məhz Azərbaycanın tarixi Qələbəsini təmin etmək məqsədilə cənab Prezident İlham Əliyevin uzun illərdən bəri düşünülmüş şəkildə həyata keçirdiyi kompleks hazırlıq tədbirlərinin vacib tərkib hissəsi idi.Ölkənin ictimai-siyasi həyatında baş vermiş bu önəmli hadisələrdən biri şübhəsiz ki, 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləridir.Möhtərəm dövlət başçımızın 2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının VI çağırış Milli Məclisin ilk iclasında etdiyi tarixi çıxışında vurğuladığı kimi, bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi.

Burada qeyd olunmalıdır ki, 2020-ci il parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə bir çox beynəlxalq təşkilatlar, müşahidəçilər dəvət edilmişdi və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdilər. Avropa İttifaqının ölkəmizdə keçirilmiş seçkilərlə bağlı verdiyi obyektiv bəyanatda deyilirdi: "Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır.” Bu, birmənalı olaraq Aİ tərəfindən seçkilərin tanınması deməkdir. Həmçinin qeyd olunmalıdır ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir və məhz bu mənada da siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır."


Faktinfo.az xəbər verir ki,bu sözləri mətbuata açıqlamasında,Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmasını,Azərbaycanda siyasi sistemi möhkəmləndirən, siyasi münasibətləri sağlam zəmində gücləndirən əhəmiyyətli amil kimi xarakterizə edərkən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Deputat həmçinin bildirib ki, altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması Azərbaycanda siyasi sistemi möhkəmləndirən, siyasi münasibətləri sağlam zəmində gücləndirən əhəmiyyətli amil olub:"Son illər ölkəmizdə gedən islahatların dərinləşməsi prosesi əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Bu islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti daha da dərinləşməlidir. Məhz bu baxımdan da demokratiyanın dərinləşməsi yönümündə atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub. Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi mütərəqqi addım da birbaşa cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır. Əlbəttə ki, Milli Məclis Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək istiqamətində bundan sonra daha fəal iş aparmalıdır."


Daha sonra A.Naxçıvanlı parlamentin əsas işinin qanunvericilik olduğunu vurğulayaraq, bu baxımdan deputatlar qarşısında böyük vəzifələr durduğunu qeyd edib: “Bu gün istər ölkəmizdə, istərsə də bütün dünyada dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri tələb olunur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Bu sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara uyğun olmalıdır. Həmçinin milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da genişləndirilməlidir. Parlamentin fəaliyyətində məsuliyyət və şəffaflığın təmin olunması üçün hökumət və parlament üzvləri xalqla daha sıx təmasda gərəklidir. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini, həm də gedən proseslərdə parlamentin rolunu artıracaq. Daha bir vacib prinsip bundan ibarətdir ki, qanunvericilikdə dünyəvilik prinsipləri daha geniş bir şəkildə bərqərar olmalıdır.Radikalizmə qarşı mübarizə daha kəskin xarakter almalıdır  və bu məsələdə də hesab edirəm ki, parlamentin rolu son dərəcə vacib və əhəmiyyətlidir", - deyə Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi