Könül Nurullayeva: “Bundan sonra da çalışacağam”
Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 24 saylı Nizami Birinci Seçki Dairəsindən namizəd olan Könül Nurullayeva 46.1% səslə qalib gəlib.
Öz təşəbbüsü ilə seçkilərdə iştirak edən K. Nurullayeva Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəridir.
O seçkilərdəki qalibiyyəti ilə bağlı ilk təəssüratlarını Modern.az-la bölüşüb.
K. Nurullayeva ona etimad göstərən bütün seçicilərinə təşəkkür edib:
“Çox böyük dəstək göstəridilər. Biz 22 gün çalışdıq, seçicilərin etimadını, dəstəyini qazanmağı hədəflədik. Onların dəstəyi olmasaydı bu gün qalib ola bilməzdim.
Bacardığım qədər kampaniyanın aktiv keçməsinə səy göstərdim, insanların bir-bir evlərinə getmişik. Tək-tək, kütləvi görüşlər keçirdik. Bu gün bütün çalışmamızın nəticəsini görürük.
Əminliklə deyə bilərəm ki, xalqımın etimadını doğrultmaq üçün bundan sonra da çalışacağam”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın