Könül Nurullayeva: “Prezidentin səfəri Azərbaycanla İtaliya arasında münasibətlərin inkişafında yeni mərhələ açır”
Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli münasibətlərin inkişafı üçün yeni mərhələ hesab oluna bilər.
Rəsmi görüşlərdə dövlət başçımızın da qeyd etdiyi kimi, münasibətlərdə yeni səhifə açılır. Diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycanın bu ölkədə yeni səfirlik binasının açılması iki ölkə arasında əlaqələrin yüksək səviyyəsini göstərir. Təsadüfi deyil ki, İtaliya Prezidenti Sercio Matarella da Azərbaycan səfirliyinin yeni binasının açılışını dostluq əlaqələrinin mühüm nümunəsi kimi dəyərləndirdi.Səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması da əməkdaşlığın yeni vacib mərhələsidir.
Azərbaycanın ADA Universitetinin İtaliyanın beş aparıcı universitetinin tərəfdaşı olması təhsil sahəsində yeni perspektivlər açır. Ümumiyyətlə, Bakı ilə Roma arasında çox güclü siyasi-iqtisadi əlaqələr mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu səfər zamanı gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi yeni fəaliyyət istiqamətləri müəyyənləşdi. Təhsil sahəsinin inkişafı birbaşainsan kapitalının inkişafı olduğundan bu istiqamətdə əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir. Bu mənada həm Bakı həm də Roma İtaliya-Azərbaycan Universitetini gələcək perspektivdə İtaliya-Azərbaycan dostluğu mərkəzi kimi görür. Azərbaycan-İtaliya münasibətləri hər zaman yüksək səviyyədə olub.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat əlavə edib ki,prezident İlham Əliyev sonuncu dəfə 2020-ci ildə İtaliyada dövlət səfərində olarkən imzalanan strateji tərəfdaşlığa dair sənəd mühüm əhəmiyyət kəsb edirdi. Budəfəki səfər zamanı sıx əməkdaşlıq və strateji tərəfdaşlığa dair aparılan müzakirələr də siyasi dialoqun daha da genişlənməsi deməkdir.Ümumiyyətlə, İtaliya hər zaman Azərbaycana dost münasibətilə seçilib. Ərazi bütövlüyü məsələsində hər zaman rəsmi Bakını dəstəkləyən Roma postmünaqişə dövründə də ədalətli mövqe nümayiş etdirir.Belə ki, İtaliya nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə ilk səfər edənlər sirasında idi.
Hələ 2020-ci ilin dekabrında, yəni müharibənin başa çatmasından cəmi 1 ay sonra İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etdi. O zaman da dövlət başçımız “əsl dostluq özünü çətin anlarda göstərir. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur” deyə bu məsələyə münasibət bildirdi. Beləliklə, çoxsaylı İtaliya şirkətləri bərpa-quruculuq işlərində iştirak etməkdədir.
Eyni zamanda 2021-ci ilin mart ayında İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr üzrə daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə” qəbul etmişdi ki, bu da nin ədalətli yanaşmanın göstəricisi idi. İtaliyalı həmkarlarımız işğaldan azad edilmiş ərazilərin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə xəritələrin verilməsini tələb edirdi. Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri də qeyd edilirdi.
Bu xəbər üçün şərh yazın