Könül Nurullayevadan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna edilən dəyişikliklərə dair təkliflər
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər əhalinin sosial müdafiəsi istiqamətində ölkədə həyata keçirilən uğurlu islahatların bir hissəsi kimi bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlib”.
Faktinfo.az saytı xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva qanun layihəsilə bağlı dəyişikliklərə münasibət açıqlayarkən belə deyib. O,bildirib ki, Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qarşı milli rejimin tətbiq olunduğunu, bu baxımdan ölkə ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə ölkəmizin vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası və digər sosial müdafiə təminatı hüququ olduğunu nəzərə alaraq qanunun preambulasına edilən dəyişiklik uğurlu hesab edilməlidir: “Bu, Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkəmizdə çalışan və sığorta olunan şəxslərin sığorta uçotuna alınmasına və sığortaya cəlb olunmasına geniş imkanlar yaradır.”
Deputatın sözlərinə görə, fərdi uçotla yanaşı Qanunda nəzərdə tutulan digər əsas anlayışların açıqlanması, qanunun tətbiqi zamanı yaranan çətinliklərin, anlaşmazlıqların aradan qaldırılmasına yönəlib.
“Fərdi uçot sistemi prosesində elektron qaydanın tətbiqi, bu sahədə elektron xidmətlərin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi, elektron pensiya sisteminin əhatə dairəsinin genişlənməsi Dövlət Sosial Müdafiə Fondunun müvafiq xərclərinin azalmasına, azaldılan xərclərin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönləndirilməsinə şərait yaratması, eləcə də müasir dövrün tələblərinə, bu sahədə mövcud olan beynəlxalq təcrübəyə uyğunlaşması baxımından da uğurlu addımdır.
Eyni zamanda, xidmətin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin, eləcə də, “Dövlət sirri haqqında” AR Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotunun kağız daşıyıcılar vasitəsilə aparılması həmin şəxslər barədə məxfiliyin qorunmasına, nəticədə dövlətin təhlükəsizliyin təmin olunmasına yönəlib.”
Həmçinin Milli Məclisin üzvü bildirib ki, qanuna dəyişikliklər edilməsini nəzərdə tutan layihədə sığortaolunanın özü haqqında məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişikliklər baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi də sığortaolunanların məlumat azadlığının, eləcə də sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin edilməsin təmin edilməsi baxımından təqdirəlayiqdir.
Qanuna edilməsi nəzərdə tutulan bir sıra dəyişikliklərlə yanaşı, sığortaolunanlar haqqında məlumatların həm yazılı sənəd formasında, həm də məlumatların düzgünlüyünə, eləcə də icazə olmadan əldə edilməkdən və təhrif olunmaqdan mühafizəsinə zəmanət olduğu halda elektron formada, yəni maqnit daşıyıcılarında təqdim edilməli olduğu nəzərdə tutulur. K.Nurullayeva hesab edir ki, belə məlumatların maqnit daşıyıcılarla yanaşı informasiya və telekommunikasiya şəbəkələrindən, internetdən, o cümlədən dövlət və bələdiyyə xidmətlərinin vahid portalından istifadə etməklə də təqdim olunması nəzərdə tutula bilər. Həmçinin, Qanunda sığortaolunanın fərdi uçotu üçün məlumatların sığortaolunanın şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə təqdim edilməsi də nəzərdə tutula bilər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın