Layihə inistitututları bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb -“AzərİnşaatLayihə” isə...
Bir çox layihə inistitututları bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb.Buna səbəb İnistitutların əsl gücü ilə işləyə bilməməsidir.
Bunu şərtləndirən başlıca amillərdən biri rəqabət haqqında qanunvericilik və normativ-hüquqi aktlarda olan boşluqlardır.
Faktinfo.az saytını məlumatlandıran mənbə bildirir ki,belə gedərsə dövlət layihə inistitutlarında işləyən minlərlə kanstruktor,memar işsiz qala bilər.Sayta məlumat verən mənbə onu da bildirir ki, hazırda Azərbaycanda 200-dən çox özəl şirkətlər layihə işi ilə məşğul olur.Layihə İnstitututlarının bağlanmaq təhlükəsi ilə üz-üzə qalma səbəbinə gəlincə, digər səbəb layihələndirmə işi ilə məşğul olan 200-dən çox özəl şirkətə ömürlük lisenziyanın verilməsidir.Bu isə rəqabət mühitinin pozulması ilə bərabər,həm də xətaya yol verən özəl layihə şirkətinə verilən lisenziyanın müddətinin dayandırılmayacağından qaynaqlanan arxayınçılıqdır.
Sayt onu da bildirir ki,hazırda tam gücü ilə işləyə bilməyən,kanstruktor,memar və digər işçilərini öz hesabına tez-tez məzuniyyətə göndərən, Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitututunda da vəziyyət qənatbəxş deyil.
Qeyd edək ki,son bir neçə ilə qədər “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu"nun 230 işçisi olub.İxtisarlar nəticəsində İnstitutun 170 işçisi qalıb.Hazırda onların da böyük qismi öz hesabına məzuniyyətə buraxılıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın