Maska taxılması ilə bağlı son qərar- Əks təqdirdə...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionisti Nəzrin Mustafayevanın “açıq havada təksinizsə, maska taxmaya bilərsiniz” deməsi insanlar arasında çaşqınlıq yaradıb.
TƏBİB-dən Modern.az-a bildirilib ki, əslində Nazirlər Kabinetinin qərarında bu nəzərdə tutulub.
Rəsmilərin məsələ ilə bağlı açıqlamaları gecikdiyindən, Modern.az saytı Baş Nazir Əli Əsədovun imzaladığı sonuncu qərarı diqqətdən keçirib.
Nazirlər Kabinetinin qərarına əsasən,
1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir.
Qərardan da göründüyü kimi, vətəndaşın küçədə tək olduğu halda maskasız gəzməsilə bağlı məqam yoxdur.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru Elşad Hacıyev də həmin vaxt bildirmişdi ki, ictimai yerlərə insanların daha çox olduğu – küçə, prospekt, park, məhəllədaxili yerlər daxildir: “Başqa sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Yəni, iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın