Mədəni və arzu olunan turistlər yaponlar, almanlar və fransızlardır-

Mədəni və arzu olunan turistlər yaponlar, almanlar və fransızlardır- Ədəbsiz turistlər isə...

“AzPolitika.info“ xəbər verir ki, dünyada dəmir yolu və aviasiya biletlərinin onlayn satışını təşkil edən ən məşhur şirkətlərdən biri olan “Biletix” müxtəlif ölkələrdə keçirdiyi maraqlı sorğunun nəticələrini açıqlayıb. Şirkət bu sorğu vasitəsilə ən ədəbsiz və arzuolunmaz, eləcədə əksinə, ən mədəni turistləri olan ölkələri müəyyən etməyə çalışıb.

Sorğunun nəticələrindən belə aydın olub ki, ən ədəbsiz turistlər Rusiya vətəndaşlarıdır. Onların ardınca çinlilər və amerikalılar gəlir. Müxtəlif ölkələrdə rəyi soruşulanların 44 faizi rusları mədəniyyətsiz və ədəbsiz hesab etdiklərini deyiblər. Maraqlıdır ki, rəyi soruşulanlar arasında ruslar özləri də olublar və onlar da həmvətənlərinin turist kimi davranışlarından narazılıqlarını bildiriblər.

Rəyi soruşulanların böyük qismi rusların uca səslə danışmalarını, alkoqol düşkünü və selfi həvəskarı olmalarını, özlərini kobud və ədəbsiz aparmalarını xüsusi qeyd ediblər. Çinlilərin isə əsas çatışmazlığı olduqca möhkəmdən danışmaları və böyük dəstələrlə, həm də çox ləng hərəkət edərək, ətrafdakılara narahatçılıq yaratmalarıdır.

Sorğunun nəticələrinə görə ən mədəni və arzu olunan turistlər isə yaponlar, almanlar və fransızlardır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər