MƏHKƏMƏDƏ HAKİMİN İLDIRIMSÜRƏTLİ QƏRARI

MƏHKƏMƏDƏ HAKİMİN İLDIRIMSÜRƏTLİ QƏRARI – 12 milyon avroluq işə cəmi 4 dəqiqə?

12 milyon avroluq müqavilədən, milyonlarla avroluq təzminatdan söhbət gedən, çoxsaylı iri rəqəmlərin və dolaşıq məsələlərin əksini tapdığı iddia üzrə hakim qərarı neçə dəqiqədə çıxara bilər?

Oxucu bu sualla qarşılaşıb dərhal belə qənaətə gələ bilərdi ki, belə iri məbləğlərdən söhbət gedirsə yəqin hakim iddianın özünü oxumağa, prosedur qaydalarına uyğun olaraq iddiaçı və cavabdeh tərəfləri iddianın mahiyyəti ilə tanış etməyə azı 15-20 dəqiqə sərf etməlidir. Amma Bakı Apellyasiya Məhkəməsində bu məsələdə rekord sürət nümayiş etdiriblər-cəmi 4 dəqiqə ərzində həm iddia ilə tanış olmağı, həm digər prosedur tədbirləri yerinə yetirməyi bacarıblar. Və qərar çıxarıblar.

Belə rekord sürət “Baku Caspian Real Estate Limited” adlı Azərbaycan şirkəti iləİtaliyanın landşaft dizaynı ilə məşğul olan“Paghera Green Service Societa Agricola SRL” şirkəti arasında təxminən ötən ilin payızından başlayan məhkəmə çəkişməsində qeydə alınıb.

Virtualaz.org xatırladır ki, bu çəkişmə “Baku Caspian Real Estate Limited” şirkətinin sifarişi ilə “Paghera Green  Service Societa Agricola SRL” tərəfindən Bakının Bilgəh qəsəbəsində bağ sahəsinin landşaft dizaynı işlərinin yerinə yetirilməsi ilə bağlı yaranıb. Həmin çəkişmə barədə artıq müxtəlif KİV-lər, o cümlədən virtualaz.org saytı geniş yazıb.

Sifarişə əsasən italyan şirkəti 6 hektarlıq ərazidə landşaft işlərinin görülməsi üçün “Baku Caspian Real Estate Limited” şirkəti ilə  cəmi 12 milyon avroluq müqavilə bağlayıb.

Həmin müqavilə 2016-cı il dekabrın 14-də bağlanıb. Sifarişçi əvvəlcə icraçıya 6 milyon 358 min avro məbləğində dəyərləndirilən işləri sifariş verib. Daha sonra 2017-ci ilin iyulunda tərəflər müqaviləyə əlavə olaraq “Razılaşdırılmış büdcə” adlı sənədi imzalayıblar. Həmin sənəd ərazidə daha 5.37 milyon avroluq işlərin görülməsini nəzərdə tuturdu.

Lakin işlərin əsas hissəsi görülüb qurtardıqdan sonra sifarişçi italyanlar tərəfindən xaricdən alınaraq gətirilimiş 2 milyon avrodan çox dəyəri olan malların bağ sahəsinə yığılmasından istifadə edərək həmin mal-materialları mənimsəyərəkitalyanlarla işi davam etdirməkdən imtina edərək italyan şirkətinin əməkdaşlarını bağ sahəsinə buraxmaqdan qəsdən imtina etmişdir. Nəticədə sifarişçinin İtaliya şirkətinə 3 milyon avroya yaxın borcu qalıb.

İtaliya şirkəti müqavilənin şərtlərinə əsasən sifarişçi barəsində ötən ilin oktyabrında  “Baku Caspian Real Estate Limited” şirkətindən cəmi 3 milyon avroya yaxın vəsaitin (Yuvarlaqlaşdırılmış rəqəmlərlə, 1 milyon 664 min avro+1 milyon 173 min olmaqla) tutulub ona  ödənilməsi barədə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsində mülki iddia qaldırıb.

Habelə hüquq-mühafizə orqanlarına müraciət edib. İtaliya şirkətinin maraqlarını Azərbaycanda vəkil Kamandar Nəsibov müdafiə edir.

270870_src

Vəkil Kamandar Nəsibov bu iş üzrə məhkəmə prosesinin gedişi haqda virtualaz.org saytına açıqlamasında deyib ki, iddiaçı tərəf eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiq edilməsi haqda ərizə ilə məhkəməyə müraciət etmişdi. Vəkil deyir ki, sifarişçi icraçını işlərin görülməsindən kənarlaşdırandan sonra ərazidə “Paghera” şirkəti tərəfindən alınıb gətirilmiş və sonrakı işlər üçün nəzərdə tutulan, 2 milyon avrodan çox dəyəri olan mal-materiallar qalıb. Və hazırda həmin mal-materiallar “Paghera” şirkətinin icazəsi olmadan landşaft işləri üçün istifadə olunmaqdadır.

Ona görə də iddiaçı məhkəməyə müraciət edib ki, iddiaya baxılıb qurtarana qədər cavabdeh tərəfin təxminən həmin dəyərdə olan əmlakı üzərində həbs qoyulsun. (Söhbət “Maybach”, “Mercedes G63”, “Porshe” və s. markalı bir neçə avtomobildən gedir).Habelə həmin 6 hektarlıq sahədə cavabdeh tərəfin və digərlərinin hər hansı işləri görməsi qadağan edilsin.

Əsas iddiaya baxılması prosesi davam etsə də məhkəmə artıq iddianın təmin edilməsi tədbirinin tətbiq olunması haqda müraciəti rədd edib. Və vəkil deyir ki, bu zaman hakimlər tərəfindən ciddi prosessual pozuntulara və xətalara yol verilib.

270871_src

Hakim Məhəmməd Əkbərov

“Əvvəla onu qeyd edim ki, iddiaya Bakı Ağır Cinayətlər Məhkəməsindən 1 saylı İnzibati-İqtisad Məhkəməsinə “ezam edilmiş”, yəni iqtisadi-biznes mübahisələri üzrə iddiaları araşdırmaqda heç bir təcrübəsi olmayan hakim Məhəmməd Əkbərov baxırdı. Mən ötən il noyabrın 23-də keçirilən hazırlıq proses zamanı ondan iddianın təmin edilməsi tədbiri barədə müraciətin aqibətini soruşdum. Məlum oldu ki, hakim bu müraciətlə heç tanış deyil. Hərçənd o, bildirdi ki, guya müraciətə artıq baxıb və vəsatətimizin təmin olunmaması barədə qərardad çıxarıb. Biz qərardadın surətini tələb etdikdə, hakim bildirdi ki, həmin qərardadı daha sonra bizə verəcəklər. Qərardadı alanda isə məlum oldu ki, onun altında başqa tarix deyil, 23 noyabr tarixi göstərilib, halbuki hakim Məhəmməd Əkbərov 23 noyabr 2018-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasından əvvəl iddianın təmin tədbiri barədə vəsatətə baxdığını deyirdi. Və ən maraqlısıda odur ki, hakim Məhəmməd Əkbərov cavabdeh tərəfin ərizəsi əsasında 23 noyabrda ümumiyyətlə hazırlıq iclasını təxirə saldı. Yəni belə çıxır ki, hakim müraciət haqda həmin gün xatırlayıb və elə həmin gün də müraciətin təmin edilməməsi barədə qərardad çıxarıb. Özüdə təxirə alındığını bildirdiyi məhkəmə iclasında. Mən hakimin bu müraciətə belə ötəri yanaşmasını, təhlil edib araşdırmadan qərar verməsini və ən əsasıda iclası təxirə saldığı halda və bu barədə tərəflərə bildirdiyi halda, elə həmin tarixlə qərar qəbul etməsini anlamıram. Bu məsələ bizdə suallar, ciddi şübhələr doğurur. Bildiyiniz kimi bu iş az qala beynəlxalq miqyas alıb, söhbət xarici şirkətin iddiasından gedir. Belə iddialara düzgün, obyektiv baxılmaması Azərbaycanda iş quran digər xarici şirkətləri də çəkindirə bilər”-Kamandar Nəsibov deyir.

İddiaçı tərəf həmin qərardaddan apellyasiya şikayəti verib. Və şikayətə yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əhmədov baxıb. K.Nəsibov deyir ki, Əhmədov həmin işə baxmazdan təxminən iki həftə əvvələ qədər 1 saylı İnzibati-İqtisad Məhkəməsində hakim idi. Və yuxarıda bəhs etdiyimiz həmin ildırımsürətli məhkəmə baxışı da məhz İlham Əhmədovun sayəsində baş tutub.

Kamandar Nəsibov

“Məhkəmə baxışı saat 12.15-ə təyin edilmişdi. İddiaçı tərəfin nümayəndəsi, o cümlədən mən tıxac səbəbindən bir neçə dəqiqə gecikəsi olduq və məhkəmə zalına təyin olunan vaxtdan konkret 4 dəqiqə sonra daxil olduq. Bunu binadakı müşahidə kameralarının görüntüləri də təsdiqləyə bilər. Amma məlum oldu ki, hakim qərar qəbul etmək üçün artıq müşavirə otağına yollanıb,. Və qayıdıb aşağı instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı.

Axı necə ola bilər ki, hakim cəmi 4-5 dəqiqə ərzində, həm məhkəmədə tərəflərdən kimlərin iştirak edib etmədiyini müəyyən etsin, həm tərəflərin məhkəmənin tərkibinə etirazı olub-olmadığını müəyyən etsin, daha sonra apellyasiya şikayətivə onun məzmunu barədə iştirakçılara məlumat versin və qarşı tərəfin mövqeyini dinləsin? Bu cür ildırım sürətli məhkəmə baxışı harada görünüb?”-vəkil sual edir.

K.Nəsibovun bildirdiyinə görə “Baku Caspian Real Estate Limited” şirkətinə qarşı 3 milyon avroluq iddianın özü hazırda baxılma mərhələsindədir, bir neçə gün sonra iddia üzrə məhkəmə baxışı olacaq. Ancaq böyük ehtimal ki, iş üzrə başqa hakim təyin olunub. Çünki onun bildiyinə görə, hakim Məhəmməd Əkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərilib.

270873_src

Hakim İlham Əhmədov

Vəkil daha bir maraqlı məqam haqda danışaraq deyir ki, Bilgəh qəsəbəsindəki həmin 6 hektarlıq ərazinin kimin mülkiyyətində olması məlum deyil. Çünki tərəflər arasında imzalanmış müqavilədə göstərilir ki, “Paghera” şirkəti “Baku Caspian Real Estate Limited” şirkətinə məxsus ərazidə işləri görməlidir.

“Biz bütün müvafiq strukturlara sorğular vermişik. Amma həmin ərazinin “Baku Caspian Real Estate Limited” şirkətinin mülkiyyətində olduğu təsdiqlənmir. Ümumiyyətlə, torpaq sahəsi kimə məxsusdur, bilinmir. Belə çıxır ki, sifarişçi mülkiyyət hüququ olmadığı halda həmin ərazidə işlərin görülməsi üçün sifariş verib. Hesab edirəm ki, bu nüans ayrıca araşdırılmalıdır.Bu barədə artıq müraciətlər göndərmişik”-vəkil bildirib.

K.Nəsibov qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılan işlər zamanı audio yazı aparılmalıdır və hakim Məhəmməd Əkbərov tərəfindən işə baxıldığı zalda audio yazının aparılması üçün hər şərait var imiş. Amma məhkəmə iclası zamanı dəfələrlə tələb olunmasına baxmayaraq qəsdənçəkiliş aparılmayıb.

“Rəsmi məktubumuza bu günə kimi cavab verməsələrdə, şifahi formada bildirdilər ki, guya belə şərait yoxdur. Halbuki şərait mövcud idi. Biz bir daha prosesin audio yazısının aparılması ilə keçirilməsi tələbini qoyacağıq”-o deyib.







Birinci məlumatlanmaq üçün facebook səhifəmizi