""Meliorasiya və Su Təsərrüfatı" ASC-nin gördüyü işlər ürəkaçan deyil” - Jalə Əliyeva
"“Meliorasiya və Su Təsərrüfatı" ASC-nin gördüyü işlər o dərəcədə də ürəkaçan deyil”.
APA.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib.
Deputat ölkədə su sahəsində problemlərlə bağlı dinləmələrin keçirilməsini təklif edib: “Ölkədə bir çox yerlərdə kollektorlar təmizlənmir. Bu isə şoranlaşmaya səbəb olur. Aidiyyəti qurumların rəhbərlərinin Milli Məclisə dəvət edilməsi və dinləmə keçirilməsi vacibdir”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın