Meral Akşenərdən gözlənilməz: "PKK silahı yerə qoymazsa,SİHA-ları başlarına yağdıracağıq"

Meral Akşenərdən gözlənilməz: "PKK silahı yerə qoymazsa,SİHA-ları başlarına yağdıracağıq" 

"Millət İttifaqı"nda təmsil olunan, "İYİ" partiyasının sədri Meral Akşenərin ötən gün seçki marafonunda açıqlamaları diqqət çəkir.


Faktinfo.az saytı xəbər verir ki,görünür partiya sədri son bir ayda "İYİ"-də baş verən istefa və narazılıqlardan əndişələnməyə başlayıb. "Altılı masa"nın prezidentliyə vahid namizədi Kamal Klıçdaroğlu elan edildikdən bir neçə gün sonra,PKK-ya bağlı olan HDP-nin Klıçdaroğlunu dəstəkləməsi,həm millətçi seçməndə,o cümlədən də "altılı masanın" milliyyətçi nüvəsi hesab edilən "İYİ" partiyasında istefalara yol açdı. Bu narazılıqlar prezident və TBMM-ə seçkilərinə 20 gün qalmış bir ərəfədə partiyanın səslərini "əritdi". HDP seçməninin 10/100 (yüzdə on) faizlik civarında səsləri müqabilində,millətçi seçmənin səslərinin  itirilməsi Meral Akşenərə baha başa gəldi.

Hətta mart ayının 6-na qədər anket sorğularında "İYİ" partiyasının 16/100 (yüzdə onaltı) civarında olan səslərinin,hazırda 7/100 (yüzdə yeddi) səviyyəsinə qədər düşüşü,barajı keçə bilməmə qorxusu da yaradıb.

Görünür,o səbəbdən də ötən gün Meral Akşenər "İHA,SİHA,Anadolu qazı,Togg avtomobili hamısı dövlətə məxsusdur.PKK silahı yerə qoymazsa SİHA-ları başlarına yağdıracağıq"-fikirlərini səsləndirməklə, millətçi kəsimə qarşı bir avantaj sərgiləyir.O cümlədən "Altılı masa"nın prezidentliyə vahid namizədi Kamal Klıçdaroğlunun seçki təbliğatını yürüdən Mansur Yavaşın da PKK-ya qarşı sərt fikirləri,reytinqi yüksəlməkdə olan Rəcəb Tayyib Ərdoğanı dəstəkləməkdə hələ də tərəddüd edən bitərəf seçicilərin,milliyyətçi seçmənin səslərini qazanmağa yönəlik bir addımdır.

Qeyd edək ki,Meral Akşenər və Mansur Yavaşın PKK-ya qarşı sərt fikirlərinə HDP-dən cavab verilməyib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi