Mərkəzi Bank uçot dərəcəsini azaldıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul edib.
Bunu AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsindəmüəyyən edilib.
Xatırladaq ki, qurumun rəhbərliyi bu il martın 15-də faiz də dəhlizi parametrlərinin azaldılması haqda qərar qəbul edib. Qərara əsasən, uçot dərəcəsi 9,25%-dən 9%-ə, faiz dəhlizinin yuxarı həddi 11,25%-dən 11%-ə, aşağı həddi isə 7,25%-dən 7%-ə (±2%-lik simmetrik diapazonda) endirilib.
AMB faizlərə növbəti dəfə bu il iyunun 7-də baxacaq/Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın