Messi ilə danışan xanım jurnalist heyranlığını gizlədə bilmədi -Video
DÇ-2022-nin yarımfinal mərhələsinin Argentina - Xorvatiya oyunundan (3:0) sonra maraqlı hadisə yaşanıb.
Oyundan sonra media nümayəndələrinin suallarını cavablandıran “tanqoçular”ın kapitanı Lionel Messi söhbətin sonunda maraqlı hadisə ilə üzləşib. “TV Publika” kanalının əməkdaşı Sofía Martínez Mateo 35 yaşlı futbolçuya ürək sözlərini deyib:
“Sizə indi sual verməyəcəm. Ürək sözlərimi deyəcəm. Dünya Kubokunun finalı yaxınlaşır və əlbəttə ki, biz argentinalılar kuboku qazanmaq istəyirik. Ancaq nəticədən asılı olmayaraq, heç kimin sizdən ala bilməyəcəyi bir şey var və bu, argentinalıların hər birində yaratdığınız sevgidir. Mən ciddiyəm.
İstər saxta, istər həqiqi, istərsə də əl işi olsun, sizin köynəyiniz olmayan uşaq yoxdur. Doğrudan da, hər kəsin həyatında iz qoymusunuz. Bu, mənim üçün hər hansı dünya çempionatında qalib olmaqdan daha vacibdir. Bunu səndən heç kim ala bilməz. Bir çox insana bəxş etdiyin xoşbəxtliyə görə təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, siz bu sözləri ürəkdən qəbul edəcəksiniz. Kapitan, sizə təşəkkür edirəm. Sizin xidmətləriniz Dünya Kubokunu qazanmaqdan daha vacibdir”.
Bu sözləri heyranlıqla izləyən Messi sonda xanım jurnalistə təşəkkür edib.
Bu xəbər üçün şərh yazın