"Mətanət A" şirkətinin rəhbərinin evindən oğurluq edən qadın: - "3 ay idi maaş almırdım"

"Mətanət A" şirkətinin rəhbərinin evindən oğurluq edən qadın: - "3 ay idi maaş almırdım" 

İşlədiyi evdən külli miqdarda oğurluq edən qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə məhkəmədə hökm oxunub.

Hökmdən əvvəl Piriyeva son söz deyib və bildirib ki, evdən oğurluq etməyib. Maaşını ala bilmədiyi üçün evdən qızıl üzük və 1000 dollar pul götürüb.

"3 ay idi maaş almırdım. Götürdüm ki, pulumu versin"- deyən təqsirləndirilən şəxsi zərərçəkmiş deyib.

Hökmə əsasən G.Piriyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktında yazıldığına görə, G.Piriyeva Vüsalə Bəşirovanının evində xadiməçi kimi çalışıb. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib.

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məlumata görə, zərərçəkmiş V. Bəşirova “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirovun həyat yoldaşıdır. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər