MƏZUNLAR ÇEVİK İDARƏETMƏNİN OLMAMASINDAN ƏZİYYƏT ÇƏKİR - Təhsil naziri hələ də gözlədir
Əksər nazirliklər tərəfindən vətəndaşlara yaradılan süni maneə və əngəllər narazılıqlarla müşayiət olunur.
Belə nazirliklərdən biri də Təhsil Nazirliyidir. Son 10 ildə bu nazirliyə hüquqşünasların, dayoğlu, xaloğlu, biboğlu, yeznə, qayın və qeyri peşəkarların yerləşdirilməsi təhsil, onun inkişaf meyillərini bir qədər də zəiflətdi. Statistik rəqəmlərlə tanış olsaq, bunu təsdiqləyər.
Faktinfo.az saytının məlumatına görə, bu günün özündə də çevik idarəetmə sisteminin olmaması səbəbindən səthi məsələlər belə problemə çevrilir. Məsələn,universitetlərdən nazirliyə məktub göndərilib.Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, bu ilin məzunlarından qalıq fən kəsri qalan tələbələrdən onlayn imtahan götürülməsinə icazə istənilir. Hər il olduğu kimi, bu il də edilə biləcək güzəşt nazirin əmri olmaması səbəbindən rektorların dekanlara verə biləcək göstərişi əngəlləyir.Yəni, qalıq 1 imtahan fənnindən 2 və ya 3 krediti qalan tələbə onlayn imtahan vermək üçün həftələrlə gözləməli olur.
Hazırda ümumi universitetlər üzrə 500-dən çox tələbə yaranmış vəziyyətdən əziyyət çəkir.Təhsil Nazirliyinin gözlənilən mövqeyi isə anlaşılan deyil.Bununla da ölkə boyunca bütün universitetlərdə məzun adına layiq, hərbi xidmətə getməli olan yüzlərlə tələbə Emin Əmrullayev və universitet rektorlarının çevik idarəetməyə malik olmamasından əziyyət çəkir.Əgər tələbələr imtahan verib kəsirlərini düzəldə bilməsələr hərbi xidmətdə 1 il deyil,1 il 6 ay olmalı olacaqlar.Yaranmış vəziyyət tələbələrin ailə üzvülərinin də narazılığına səbəb olub.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın