Mikayıl Cabbarovun imzaladığı qərardan sonra dərmanların qiyməti bahalaşıb- - VİDEO
"Hər dərmanda 5 manat artım var. Hələ mən ucuz olan şeylərdən danışıram. Dərmanlar keçmiş illərə baxanda görürsən ki, bahalaşıb.
Bahalaşıbsa, pensiyaya baxan adam necə almalıdır? Yuxarı təbəqədə olan, yəni imkanı olan gedir lazımlı dərmanı alır, amma aşağı təbəqədə olan insanlar üçün hamısı əlçatmazdır"- bu sözləri 40 il tibb sahəsində çalışmış Gülarə Babayeva deyir.
2022-ci il, iyulun 26-da Tarif Şurasının sədri Mikayıl Cabbarovun imzaladığı "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" qərarından sonra bir sıra dərman preparatlarının qiymətləri artıb.
Ekspertlər bahalaşmanın 10-15% ətrafında qeydə alındığını bildirir.
DİA.AZ bildirir ki, azərbaycanda dərman bazarı əsasən bir qrup oliqarx deputatın nəzarəti altındadır.
Daha ətraflı aşağıdakı videoda:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın