"Millət İttifaqı"na sərt təpki:Yavuz Ağıralioğlu istefa verdi
Türkiyədə prezident və TBMM-nə keçiriləcək seçkilərə 47 gün qalmış İYİ Partiyasının sədr müavini,partiyada sağ millətçi kəsimi təmsil edən Yavuz Ağıralioğlu istefa verib.
Faktinfo.az xəbər verir ki,Yavuz Ağıralioğlu istefa verməzdən əvvəl "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kamal Qılıncdaroğluna səs verməyəcəyini,HDP-nin isə "altılı masa"nı dəstəklədiyinin qarşılıqsız olmadığı qənaətində sərt fikirlər səsləndirib. O,HDP-nin "altılı masa"ya hökm etməsini,buna şərait yaradılmasını xəyanət adlandırıb.Onun sərt açıqlamaları ölkə mətbuatında "bomba" effekti yaradıb.29.03.2023-cü il tarixində Yavuz Ağıralioğlunun mətbuat konfransı keçirəcəyi gözlənilir.
Faktinfo.az onu da bildirir ki,03.03.2023-cü il tarixində İYİ partiyasının sədri Maral Akşenərin bəyanatla "altılı masa" dan qalxması və iki gün sonra masaya qayıtması fonunda partiya səs itkisinə məruz qalmışdı.Anket sorğularında seçicilərin 17/100 (yüzdə onyeddi) faizinin dəstəyini qazanmış partiyanın səslərinin birdən-birə 7/100(yüzdə yeddi) səviyyəsinə qədər gerilədiyi baş verdi.Bu arada isə İYİ Partiyasından Yavuz Ağıralioğlunun istefa verməsi ilə İYİ partiyasını dəstəkləyən seçmənin daha da azalacağı inkar edilmir.
Yaranmış vəziyyət isə "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğanın mövqeyini möhkəmləndirir. Hətta prezidentlik uğrunda mübarizədə seçkilərin ikinci mərhələyə qalmayacağı ehtimalını artırır, "Millət İttifaqı"na inamı azaldır,əlavə istefaların olacağı mümkünlüyünü gücləndirir.O cümlədən, prezidentlik uğrunda mübarizənin ən azı 50+1 çoxluğu ilə hazırkı prezident Ərdoğanın lehinə yekunlaşması üçün İYİ-ni dəstəkləyən seçicil səslərinin MHP-yə,AKP-yə transverini qaçılmaz edir.Həmçinin,TBMM-nə də keçiriləcək seçkilərdə AKP-nin millət vəkillərinin çoxluqda qalmasına şərait yaradır.
Bu arada, "altılı masa"ya daxil "Səadət" və digər partiyalardan istefalar olarsa, o cümlədən "Məmləkət" partiyasının prezidentliyə namizədi Muharrem İncenin "Millət ittifaqı" və HDP-nin dəstəklədiyi Kamal Qılıncdaroğunun xeyrinə razı salınması nəticəsiz qalarsa,anket sorğularında "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğana veriləcək səslərin yüksələcəyini görmək də mümkündür.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın