Millət vəkili Könül Nurullayeva Nizami rayon sakinləri ilə növbəti səyyar görüşünü keçirib - FOTO
Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayon sakinləri ilə görüşləri müntəzəm olaraq davam edir.
Belə ki, K.Nurullayeva bu dəfə Məshəti Gəncəvi küçəsi 7, Rüstəm Rüstəmov küçəsi 13 və Kamil Balakişiyev küçəsi 25 ünvanlarında yaşayan seçiciləri ilə görüş keçirib, onların rastlaşdığı gündəlik problemlərlə yaxından tanış olub. Görüşdə, həmçinin sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb, problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.
K.Nurullayevanın deputat qərargahından Faktinfo.az saytına verilən məlumata görə, qaldırılan məsələlər əsasən çoxmənzilli yaşayış binasının sənədləşdirilməsi, əlillik pensiyasının əsassız səbəbdən kəsilməsi, vətəndaşın hərbi biletinin alınması ilə əlaqədar yaşadığı çətinlik, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri və s. ilə bağlı olub.
Qeyd edək ki, səyyar görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.
Bu xəbər üçün şərh yazın