Milli Kitabxanada “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilib

Milli Kitabxanada “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilib 

Faktinfo.az xəbər verir ki,31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçiliyinin əsas sütunlarından biri olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.

Kərim Tahirov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.  Kərim Tahirov daha sonra bildirib ki, bu  ilki Azərbaycan dili və ədəbiyyat bayramı ona görə əlamətdardır ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının dörd əsas bölməsindən birini  Azərbaycan dilinin qorunması və inkişafı məsələləri əhatə edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu istiqamətdə Tədbirlər Planı hazırlayıb və onun icrasının təmin olunması dilimizin inkişafına və qorunmasına töhvələr verəcəkdir.  Konsepsiyada Azərbaycan dilinin dövlət dili kimi qorunması və cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycan dilində elmi və bədii nəşrlərin sayının artırılması, rəqəmsal informasiya məkanında istifadəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, dil mədəniyyətinin yüksəldilməsi, gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsi və xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin təbliğinin dəstəklənməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

Direktor çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələrinin latın qrafikası ilə kütləvi tirajla nəşrinə geniş imkan yaradıb. Bu layihə çərçivəsində ölkənin kitabxanaları, məktəbləri, ali təhsil müəssisələri və digər mədəniyyət ocaqları latın qrafikalı nəşrlərlə zənginləşdirilib, gənc nəslin kiril qrafikası ilə çap olunmuş klassik ədəbi irsə çıxışında yaranan çətinliklər aradan qaldırılıb.

Sonra Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, müasir dövrdə qarşıda duran vəzifələrdən, qloballaşma şəraitində ana dilinin saflığının qorunmasının və ədəbi dil normalarına əməl edilməsinin əhəmiyyətindən danışıb. Akademik qeyd edib ki, Azərbaycan dilinin zənginliyinin qorunması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərimizin yaşadılması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xandan çıxış edərək Azərbaycan dilinin müasir inkişaf meyilləri, dil mədəniyyətinin formalaşdırılması, rəqəmsal informasiya mühitində Azərbaycan dilinin tətbiq imkanlarının genişləndirilməsi və ana dilinin gənc nəslə düzgün aşılanmasının vacibliyindən danışıb. O, bildirib ki, qloballaşma, sosial şəbəkələrin geniş yayılması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı Azərbaycan dilinin istifadəsində yeni çağırışlar formalaşdırıb. Xüsusilə gənclər arasında xarici dillərdən alınmış sözlərin lüzumsuz işlədilməsi, internet jarqonundan və ixtisar edilmiş ifadələrdən geniş istifadə, ədəbi dil normalarına tam riayət olunmaması nitq mədəniyyətinə mənfi təsir göstərən amillərdən hesab olunur. Aydan Xandan vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın, xüsusilə də gənc nəslin üzərinə düşən mühüm vəzifələrdəndir.

Sonda tədbir iştirakçıları Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

Faktinfo.az

Milli Kitabxanada “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilibMilli Kitabxanada “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilibMilli Kitabxanada “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilibMilli Kitabxanada “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər