Milli Məclisə təkrar seçkilər keçiriləcək -

Milli Məclisə təkrar seçkilər keçiriləcək - Büdcədən 8 milyon manat ayrılıb...

İlin sonuna qədər boş qalan dairələr üzrə Milli Məclisə təkrar seçkilər keçiriləcək. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən 8 milyon manat nəzərdə tutulub.

Sentyabrda Mərkəzi Seçki Komissiyası (MSK) 6 seçki dairəsi üzrə təkrar seçkilərin keçirilməsi ilə bağlı qərar verəcək.

Xatırladaq ki, 2020-ci ilin 9 fevralında keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı MSK 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi üzrə nəticələri etibarsız hesab edərək ləğv edib. Nəticədə yenidən deputat olmaq istəyən Hadı Rəcəbli, Hüseynbala Mirələmov və Çingiz Qənizadə parlamentin yeni tərkibinə düşə bilməyib.

33 saylı Xətai Birinci Seçki Dairəsində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında gedən gərgin rəqabət isə bu dairənin də nəticələrinin etibarsız hesab olunmasına gətirib çıxarıb.

116 saylı Qəbələ Seçki Dairəsindən deputat seçilmiş Fəttah Heydərov ötən il vəfat edib. 55 saylı Xaçmaz Şəhər Seçki dairəsindən deputat Eldəniz Səlimov isə polis əməkdaşını döydüyünə görə həbs edilib. Onun deputat toxunulmazlığı ləvğ edilib, barəsində məhkəmə qərarı veriləndən sonra deputat səlahiyyətlərinə xitam veriləcəyi gözlənilir. Beləliklə, sözügdən hər iki dairə üzrə də təkrar seçkilər keçiriləcək./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi