"Min manat pul, bir il də əlavə dərs..." - "Odlar Yurdu" Kollecinin tələbələri narazılıq edir

"Min manat pul, bir il də əlavə dərs..." - "Odlar Yurdu" Kollecinin tələbələri narazılıq edir 

"Biz, 2018-ci ildə “Odlar Yurdu” Universitetinin bazasında fəaliyyət göstərən eyniadlı kollecə 11 illik təhsil bazası üzrə qəbul olunmuşuq.

3 il ərzində “Peşə təlimi və kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisası” üzrə ödənişli əyani təhsil almışıq. Amma universitetin rəhbərliyi subbakalavr diplomunda yalnız “Peşə təlimi” ixtisasının qeyd ediləcəyini bildirir".

Bu barədə  AzPolitika.info saytına “Odlar Yurdu” Kollecinin 3-cü kurs tələbələrinin göndərdikləri müraciətdə bildirilir.

Tələbələr yazırlar ki, 2018-ci il kollecə qəbul ərizəsi yazanda ixtisas seçimində “Peşə təlimi və kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisası”nı qeyd ediblər.

"Həmin ərizələr hazırda universitetdə saxlanılır və bunu təsdiq edə bilərik. Hər il 900 manat olmaqla 3 il ərzində kollecə 2700 manat təhsil haqqı ödəmişik. Ödəniş kağızlarında da həmin ixtisasın adı eynilə qeyd edilib",- deyə, müraciətdə yazılıb.

Tələbələr daha sonra bildirirlər ki, 3 il ərzində sözügedən ixtisas üzrə bilik və təcrübəni mənimsəyiblər: "Rəhbərlik 2 il əvvəl “Peşə təlimi”-ni və “Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisası”-nı ayrı-ayrılıqda tədris edib: "Yəni bir ixtisası 2 yerə bölərək bizdən sonra qəbul olunan tələbələrə bu qaydada dərslər keçirilib. Biz isə 2018-ci ildə yalnız 1 ixtisas adı üzrə qəbul olunmuşuq və sonradan ixtisas dəyişikliklərinin və qəbul olunmuş qaydaların bizə heç bir aidiyyatı yoxdur".

Şikayətçilərin sözlərinə görə, universitetin rəhbərliyi onlardan diplomlarında “Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisası”-nın da qeyd edilməsi üçün əlavə 1 il təhsil almağı və 1000 manat ödəniş etməyi tələb edib: "Axı kollecdə təhsil müddəti 3 ildir, tələbələrin qəbul ərizələrində kompüter üzrə ixtisas seçimi də qeyd edilib. Biz niyə əlavə 1 il təhsil almalı, 1000 manat ödəniş etməliyik? Bizim buna maddı imkanımız çatmır. Niyə Əhməd Vəliyev istədiyi qaydaları tətbiq etməlidir?"

Tələbələr müraciətin sonunda Təhsil Nazirliyindən, nazir Emin Əmrullayevdən xahiş edirlər ki, problemi nəzarətə götürsün və təcili tədbirlər görülsün.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər