Mirələmovun dairəsində şok istefa- 10 məntəqədə Fuad Abbasov qalib gəlib
33 saylı Xətai birinci seçki dairəsinin Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü Talıb Əhədov vəzifəsindən istefa verib.
Faktinfo.az xəbər verir ki,bu barədə Talıb Əhədov özü Axar.az-a açıqlamasında deyib. T.Əhədov bildirib ki, istefasına səbəb dairə və məntəqə seçki komissiyasının üzvləri haqqında sosial şəbəkələrdə həddən artıq alçaldıcı təhqirlərin yazılmasıdır.
T.Əhədov bildirib ki, namizədlərdən yalnız biri – Fuad Abbasov özünü çox ləyaqətlə aparıb və təbliğatını da yaxşı qurub:
“Bunun nəticəsidir ki, dairə üzrə 10 məntəqədə Fuad Abbasov qalib gəlib. Amma təəssüf ki, dünəndən başlayaraq, F.Abbasov da digərlərinə qoşulub və hətta ədalətli seçki keçirən, nümunəvi iş ortaya qoyan məntəqələrdə – o məntəqələr ki, orda özü qalib gəlib – çalışanları da hədəfə çıxarıb. Bu isə dairə və məntəqə üzvlərinin hamısının ucdantutma haqsızcasına təhqir olunmasına bir daha rəvac verib”.
T.Əhədov onu da qeyd edib ki, seçki pozuntusuna yol verən məntəqələr də var.
Bu xəbər üçün şərh yazın