“Moody’s”:"Neftin ucuzlaşması Azərbaycan banklarının kredit reyitnqinə mənfi təsir göstərəcək"
“Moody’s” beynəlxalq reytinq agentliyi neftin ucuzlaşmasının Rusiya, Qazaxıstan və Azərbaycandakı bankların kredit reytinqinə mənfi təsir göstərəcəyini bildirir.
Agentliyin yeni hesabatında bildirilib ki, bazarda neftin qiymətinin azalması bu ölkələrdəki bankların kapitalı və gəlirliliyi üçün təhlükədir və nəticədə bu situasiya kredit reytinqlərinə də mənfi təsir göstərəcək.
Bundan əlavə, qeyd olunur ki, iqtisadi vəziyyətin daha da pisləşməsi bank aktivlərinin keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.
Reytinq agentliyinin hesabatına görə, əgər neft qiymətləri uzun müddət aşağı səviyyədə qalarsa, Azərbaycan manatı devalvasiya etmək məcburiyyətində qalacaq.
Lakin “Moody’s” hazırda Rusiya, Qazaxıstan və Azərbaycan banklarının 2014-2015-cü illərin böhran dövrü ilə müqayisədə daha az həssas olduğunu qeyd edir.
“O vaxtdan bəri sərt tənzimləmə standartları, risklərin idarə edilməsi və kreditləşmə standartlarının yaxşılaşdırılması bankların likvidliyinin, kapitalının artmasına və onların dollarlaşmasının azalmasına, bankların neftin qiymətinin yaratdığı şoklarından daha az həssas olmasına səbəb oldu”, – hesabatda deyilir/APA.az
Bu xəbər üçün şərh yazın