Bu dairələrlə bağlı şikayətlər DSK-lara göndərildi – 28 saylı Sabunçu Üçüncü,92 saylı Zərdab- Ucar ...
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədarbəzi dairələrdə baş verən pozuntularla bağlı müraciətləri araşdırmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.
Bu barədə bu gün MSK-nın iclasında qərar qəbul edilib.
Qərara əsasən,11 saylı Qaradağ Aydın Hüseynov (YAP) ,14 saylı Xəzər (lider namizəd Soltan Məmmədov), 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 18 saylı Nərimanov-Nizami Rasim Musabəyov, 28 saylı Sabunçu Üçüncü (lider namizəd Eldar Quliyev), 42 saylı Sumqayıt İkinci (lider namizəd Tahir Mirkişili), 45 saylı Abşeron (lider namizəd Oqtay Əsədov), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı), 67 saylı Cəlilabad Şəhər (lider namizəd Malik Həsənov), 72 saylı Yardımlı-Masallı (lider namizəd Musa Qasımlı), 79 saylı İmişli (lider namizəd Razi Nurullayev), 81 saylı Beyləqan Seçki Dairəsi (Şahin İsmayılov), 90 saylı Ağdaş (lider namizəd Cavid Osmanov), 92 saylı Zərdab- Ucar (Jalə Əliyeva), 95 saylı Tərtər (lider namizəd Sahib Alıyev), 109 saylı Balakən (Nəsib Məhəmməliyev), 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (lider namizəd Elman Məmmədov) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.
Bu xəbər üçün şərh yazın