MSK seçkilərin nəticələrinin dairələrdə hansı halda ləğv oluna biləcəyinə aydınlıq gətirib
Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin nəticələrinin dairələrdə hansı halda ləğv oluna biləcəyinə aydınlıq gətirib.
MSK katibi Mikayıl Rəhimov bildirib ki, qanunvericiliyin tələbinə əsasən, dairə üzrə ümumi məntəqə sayının 2/5-dən çoxunda seçkilərin nəticələri ləğv olunursa, bu halda həmin 2/5-dən artıq məntəqədə dairə üzrə ümumi seçicilərin 25%-dən çoxu yaşayırsa, o halda dairə üzrə nəticələr ləğv olunmalıdır.
Rəhimov vurğulayıb ki, dairə üzrə ləğv olunan seçki məntəqələrinin sayı həmin dairə üzrə məntəqələrin ümumi sayının 2/5-dən az olsa, ancaq həmin məntəqələrdəki seçicilərin sayı dairə üzrə seçicilərin 25%-dən çoxunu təşkil etsə belə, həmin dairədə seçkinin nəticələri ləğv oluna bilməz.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın