Müəllim Kamal Abdulladan təhsil nazirinə şikayət etdiyi üçün işdən kənarlaşdırıldı — Rektordan AĞILASIĞMAZ HƏDƏLƏR
Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi və dissertantı Pərvin Mürsəlova təhsil naziri Ceyhun Bayramova açıq məktubla müraciət edib.
Müraciətində Pərvin Mürsəlova Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladan şikayətlənib.
“Hörmətli cənab nazir,
Azərbaycan Dillər Universitetində Kamal Abdullanın təyinatından sonra baş verən hadisələr məni hədsiz dərəcədə narahat edir. Universitet Sovet dövrünün bürokratik vəziyyətini xatırladır. Universitetdə xüsusi təzyiq altında formalaşan cəhbələr, qütbləşmələr məni keçmiş tələbə, hal-hazırda müəllim və dissertant kimi mütəəsir edir və ümidsizləşdirir. Aərbaycan Dillər Universiteti beynəlxalq əhəmiyyətli stratejik universitetdir. Belə bir universitetə etik dəyərlərdən uzaq olan, rus dilindən başqa heç bir dominant beynəlxalq dil bilməyən, kobud, operativ qərarlar qəbul edə bilməyən, innovasiyalardan uzaq olan, ən adi danışığı ilə belə insanlarda gərginlik, xof və əsəb yaradan bir insanın təyinatı nə qədər məqsədə uyğundur?
Universitetə gəldiyi müddətdən Kamal Abdullanın yalnış qərarları və bir müddət sonra qərarlarından bəzilərini heç nə olmamış kimi ləğvi, bəzilərinin isə daha biabırçı bir formada tətbiqi biz gənc kadrlarda yalnız və yalnız acı gülüş doğurur. İlahi bir komediya içərisindəyik. Fənn imtahanında yalnız həmin fənni bilən müəllimin nəzarətə salınması və bu nəzarətçidən tələbələrə kömək etməsinə xüsusi motivasiya edilməsi, fənn müəlliminin belə imtahan otağında otuzdurularaq tələbələrin suallarına cavab verilməsinə məcbur edilməsi müəllim şəxsiyyətinə təhqirdən başqa bir şey deyil. Hətta xarici dil imtahanında lüğətdən istifadəyə, praqramın baxılmasına icazə, praqramın 30 nəfərlik tələbələr arasında 2 saat ərzində növbəli şəkildə paylanılması, tələbələrin praqramlardan mətnlərin köçürməsi Kamal Abdullanın təhsildən bixəbər olduğunu təstiqləyən faktaların olmasından başqa bir şey deyil. Şəxsən mən imtahanda nəzərətə təyin olunanda baş verən rəzaləti görməyim müəllim qüruruma, şəxsiyyətimə çox toxunur. Müəllimlərin qorxaqcasına tələbələrin bitməyən suallarını 2 saat boyunca cavablandırması təhsil, tədris adına bir cinayətdir.
Dərslərin keyfiyyətinin artırılması məqsədi ilə təşkil edilmiş komissiyaya dərsləri nəzarət üçün təyin edilmiş üzdəniraq peşəkar məllimlər qrupu əslində tələbələr tərəfindən etiraz edilərək kənarlaşdırılmış, diplomunu pul ilə yazdırmış, dosent və doktor sinfidir. Özləri ingilis dili bilməyən müəllimlər, “doktorlar”, öz dərslərini ingilis dilində və ya digər xarici dillərdə apara bilməyən “peşəkarlar” digər gənc müəllimələrin və ya qocaman heyət üzvlərinin dərlslərinə nəzarət edir hətta onların dərslərini yazılı qiymətləndirirlər. Bu teatr kimə və niyə lazımdır? Azərbaycan dilini, ədəbiyyatını akademik səviyyədə bilməyən, xarici dili bilməyən, azərbaycan bölmələrində olan uğursuzluğunu yalnız ana dilini pis bilməsi ilə şərh edən müəllimlər yalnız rektorun yaxınları və ya dostlarından birinin qızı olduğu üçün məhz Azərbaycan ədəbiyyatı fənninə metodik nəzarət üçün göndərilir. Ana dilini pis bilən müəlliməni Azərbaycan ədəbiyyatına nəzarət üçün göndərən Təhsil dekanı metodik nəzarətə “ana dilini pis bilən doktoru” təyin etməmişdən bir ay öncə iki patok tələbələrin fənni tədris edə bilməməsi şikayəti ilə fənnin tədrisindən uzaqlaşdırmışdı.
Əslində hörmətli nazir ciddi nöqsanlar, hətta deyərdim təhsil ocağına etməməsi gərəkən cinayətlər baş verir. Lakin sizdən xahiş edirəm obyektiv araşdırılma aparılsın. Bu biabırçılıq sona yetsin. Heydər Əliyev Azərbaycan Dillər Universiteti haqqında söyləmişdir: Azərbaycan Dillər Universiteti çox əhəmiyyətlidir çünki Azərbaycanı beynəlxalq arenada təmsil edən mütəxəsislər yetişdirir. Olduqca məsuliyyətli, obyektiv, uzaqgörən, müdrik deyilmiş tapşırığa əməl edək Universitetimizi Kamal Abdulla işğalından təmizləyək. Axı ADU Slavyan Universitetinin ağ –qara nüsxəsi deyil, axı Universitetimiz Kamal Abdullanın yaxınları, Slavyan Universitetindən uzaqlaşdırılmış heyət (uzaqlaşdırılma səbəbləri mənə məlum olmayan) və Kamal Abdulla dostları üçün nəzərdə tutulmuyub! Özü heç bir dominant xarici dil bilməyən akademik, tədbirdə qonaqlara, iştirakçılara afrika qəbiləsinin və ya hindu qəbilələrinin dillərini öyrənməyi təklif edir. Bəli əslində Avropada son dövr stratejik siyasət kimi qiymətləndirilən nadir dillərin öyrənilməsi faktı təqdirə layiqdir. Lakin qonşuluqda olan, həyəcan təbili vəziyyətində olan, ən nəhayət türk dili olan qırğız dili öyrənildimi? Dünyada beynəlxalq dil olan ingilis-dilini tələbələrə öyrətmək missiyamızı yerinə yetirə bilirikmi? Yoxsa bu missiyanı biabırçı imtahanlar və dərsdə ingilis-dilində danışa bilməyən müəllimlər vasitəsi ilə həyata keçirməyi planlaşdırırıq?
Sizdən çox xahiş edirəm, bu məsələnin həll edilməsinə kömək edəsiniz”.
Pərvin Mürsəlova iddia edir ki, Təhsil Nazirliyinə şikayətdən sonra Kamal Abdulla tərəfindən ona qarşı təzyiqlər başlayıb:
“20.12.2018-ci ildə Təhsil Nazirliyinə ünvanlanan şikayət məktubumdan sonra ADU-nun rektoru Kamal Abdulla tənqidi fikirləri dinləyib və onlara bir ziyalı və ağsaqqal müdrikliyi ilə yanaşmaq əvəzinə, bəlkə də Azərbaycan Təhsili tarixində görünməmiş qaralama kompaniyasına və repressiyaya start verdi. İşçiləri və tələbələri hədələmədən, qorxutmadan, başlamış, mediya çıxışları zamanı yalan, böhtan və şərləmə xaratkterli ifadələrin yayılmasına qədər. Kamal Abdulla və komandasının yaratdığı psixi təzyiqlər, qərəzli münasibətlər, şər və böhtan cəhdlərini nəzərə alaraq, öz ruhi və fiziki sağlamlığımı qorumaq məqsədi ilə və eyni zamanda onların yeni, qorxunc, ağlasığmaz şər-böhtan və tələlərindən qorunmaq məqsədi ilə qərara aldım ki, aidəti orqanların son qərarı elan olunana qədər könüllü şəkildə Universitetə getməkdən imtina edim”.
//Demokrat.az
Bu xəbər üçün şərh yazın