"Münhen görüşlərini əhəmiyyəti baxımından "siyasi Davos" kimi qiymətləndirmək olar"

"Münhen görüşlərini əhəmiyyəti baxımından "siyasi Davos" kimi qiymətləndirmək olar" 

"Hazırki regional reallıq Qərbin Qarabağ probleminə yanaşmasında gec də olsa beynəlxalq hüququn diqtə etdiyi mövqedən çıxış etməsinə səbəb olub.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda Azərbaycan və Cənubi Qafqazın geosiyasi, logistik əhəmiyyəti durmadan artır. Özü də bütün regionda aparıcı rolu Azərbaycan oynadığından bizsiz hər hansı qərarın qəbul edilməsi mümkün deyil”.

Bu sözləri millət vəkili Elnur Allahverdiyev Münhendə Azərbayacan və Ermənistan liderlərinin ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşünün yekunlarını şərh edərkən deyib.

Milli Məclisin deputatı hesab edir ki, Ermənistan növbəti dəfə qlobal seçim qarşısındadır, ancaq rəsmi Yerevanın davranışı onu göstərir ki, ermənilər bu fürsətdən də yararlanmaq istəmirlər: “Hazırki vəziyyət bir növ 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra yaranmış reallığa bənzəyir. İndi açılan arxiv sənədlərindən də görünür ki, həmin illər Qərb dövlətləri, hətta Ermənistanın müttəfiqi olan Fransa belə Yerevanı vəziyyətin ciddi şəkildə dəyişdiyinə dair xəbərdarlıq ediblər. Açıq formada deyiblər ki, Azərbaycan varlanacaq və güclənəcək, izolyasiyada qalmış Ermənistan isə zəifləyib bu rəqabətə tab gətirməyəcək”.


E.Allahverdiyevin sözlərinə görə, real siyasətdən uzaq olan Ermənistan rəhbərləri o vaxt bu təhlükəni qulaqardına vurdular və nəticəsi nə oldu, bütün dünya gördü. “İndi də Paşinyan hökuməti Fransa və bəzi regional qonşuların şirnikləndirməsi ilə eyni siyasi xətti yürüdür. Ermənistanın bu qlobal dəyişikliyi nəzərə almadığına görə itirəcəyi məncə, daha miqyaslı olacaq. Artıq Rusiya parlamentinin sədri səviyyəsində Ermənistanı dövlətçiliyi itirmək təhlükəsi ilə üz-üzə qalması barədə xəbərdarlıq edir” – deyə deputat vurğulayıb. Onun fikrincə, ötən ilin 90-cı illəri ilə 2020-ci ilin Vətən müharibəsi arasında böyük zaman kəsiyi var idi. İndi isə Ermənistan məğlub olmuş, faktiki ordusuz qalmış ölkədir.


Millət vəkili hesab edir ki, bu il keçirilən Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın Qərbdə güclü mövqelərinin olduğunu və rəsmi Bakının ciddi tərəfdaş sayıldığını nümayiş etdirdi: “Münhen görüşlərini bizim üçün əhəmiyyəti baxımından “siyasi Davos” kimi qiymətləndirmək olar. Çünki Davosdakı iqtisadi çəkimiz və əhəmiyyətimiz Münhendə özünü siyasi və diplomatik müstəvidə göstərdi. Azərbaycan Qərbin, Avropanın sabit və etibarlı tərəfdaşı kimi enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Ermənistanın nə əhəmiyyəti var? Sızlamaqdan, yardım istəməkdən başqa nəyə qadirdir?”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi