MÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIB

MÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIB -Füzuli İcra Hakimiyyətinin 11 aylıq hesabatı

"Vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yaranmasına səbəb olan amillərin araşdırılması, təhlil edilməsi və narahatlıq doğuran amillərin müəyyənləşdirilərək aradan qaldırılması məsələsi 2022-ci ilin ötən 11 ayı ərzində Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Aparatında ciddi nəzarətdə saxlanılmışdır. "


  Bu barədə Faktinfo.az saytına verilən məlumatda bildirilir.

 Belə ki, 01.01.2022-ci il tarixdən 30.11.2022-ci il tarixə kimi Füzuli Rayon İcra Hakimiyyətinə (rəqəmsal icra hakimiyyəti də daxil olmaqla) 668 ərizə və şikayət formasında müraciət daxil olmuşdur. 2021-ci ildə isə bu göstərici 873  olmuşdur.  Hesabat dövründə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatına daxil olan hər bir müraciət, şikayət (yazılı və ya şifahi) ətraflı öyrənilmiş, müraciətlərin yaranma səbəbləri araşdırılmış, dövlət hakimiyyəti orqanlarında və onların yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, qəbulunun təşkili, bu sahədə qanunvericiliyə əməl olunması məsələləri müntəzəm təhlil olunmuş, bu sahədə işin daha da yaxşılaşdırılması üçün təsirli tədbirlər görülmüşdür. Bunun da nəticəsi olaraq ötən ilə nisbətən vətəndaş müraciətləri 23.48% azalmışdır.

 

Ümumilikdə 2022-ci ilin ötən 11 ayı ərzində daxil olmuş müraciətlərdən 169-u mənzil məsələləri (mənzillə təmin olunma, yandırılmış və dağıdılmış evlərin bərpası, fərdi yaşayış evlərinin tikintisi və təmiri, məcburi köçkünlər üçün tikilən şəhərciklərdə və qəsəbələrdə mənzillə təmin olunma və s), 59-u torpaq və kənd təsərrüfatı məsələləri (sahibkarlıq üçün torpaq sahələrinin icarəyə verilməsi, əkin və örüş-otlaq məqsədilə torpaq ayrılması, subsidiya yazılması, pay torpağının düzgün verilməməsi və s.)  ilə bağlı, 106-ı əmək və əhalinin sosial müdafiəsi məsələləri (işlə təmin olunma, əmək mübahisələri, işdən çıxarılma, birdəfəlik maddi yardım, ünvanlı sosial yardımın təyin edilməsi, özünüməşğulluq proqramında iştirak, əmək pensiyası və s.), 64-ü qaçqınlar və məcburi köçkünlərlə əlaqədar (vahid aylıq müavinətin bərpa olunması, məcburi köçkünlər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmə, məcburi köçkün vəsiqəsi götürmək, qaçqınlar və məcburi köçkünlər üçün ayrı təsərrüfat yaradılması və s), 72 müraciət isə RİH-nin, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar (qəyyumluq və övladlığa götürmə, ad və soyadın dəyişdirilməsi, nikah yaşının azaldılması və s.), 43 müraciət isə qəbulla (qəbulla bağlı müraciətləri araşdırarkən həmin müraciətlərin də əsasən mənzillə təmin olunma, vahid aylıq müavinətinin bərpası, işlə təmin olunma, ünvanlı sosial yardım və torpaqla əlaqədar olduğu müəyyən edilmişdir) bağlı olmuşdur. Bu da müraciətlərin 76,8 %-ni təşkil etmişdir.


Hesabatda daha sonra bildirilir:

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən vətəndaşları narahat edən məsələlər ciddi nəzarətdə saxlanılacaq, vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması məqsədilə bundan sonra da öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan Qanun, Fərman, Sərəncamlara, tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçiriləcəkdir.

 FAKTİNFO.AZ



MÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIBMÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIBMÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIBMÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIBMÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIBMÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIBMÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIBMÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIBMÜRACİƏTLƏR TƏHLİL OLUNUB VƏ ARAŞDIRILIB
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi