Nazirlik hərəkətə keçdi – Meşələrdən “katec”lər yığışdırılır, Göygöl Milli Parkında...
Ötən yay mövsümündə altı rayonda meşə yanğınları baş verdi. Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və rayon rəhbərlərinin kollegial birgə səyləri nəticəsində meşələrdə yanğınlar tez bir zamanda söndürüldü.
İki rayonda meşə yanğınlarının söndürülməsi isə coğrafi relyef baxımından vaxt aldı. Yanğının miqyası genişləndi, yanğınların hansı səbəbdən baş verməsi ilə bağlı açıqlama yayıldı. Lakin, bəzi rayonlarda baş verən yanğınların əsl səbəbi tamlığı ilə ictimaiyyətə bildirilmədi.
Faktinfo.az saytına etibarlı mənbənin verdiyi məlumata görə, ötən yay mövsümündə baş verən yanğınların təkrarlanmaması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bir çox meşələrin dərinliklərində neçə illərdən bəri qanunsuz fəaliyyətdə olan, məmurlara məxsus “katec”ləri sökməyə başlayıb.
Eləcə də nazirlik Göygöl Milli Parkını gəzmək istəyən vətəndaşlar, o cümlədən turistlər üçün məqsədyönlü şəffaflaşdırıcı tədbirlər həyata keçirməyə başlayıb.Bununla da ötən illərdə parkda yol verilmiş sui- istifadə hallarınının qarşısını almağa çalışılır.Belə ki, orada pullu özünə xidmət məntəqələri fəaliyyət göstərir.Bu məntəqələr icarəyə verilərkən yerli vətəndaş və turistlərdən artıq vəsaitin alınması zamanla müəyyən narazılıq doğurub,bu xidmətdən əldə olunan vəsait xərclənərkən israfçılığa yol verilib.
Həmçinin, parkı gəzmək istəyən 6 yaşa qədər uşaqlardan pul alınmaması,xüsusi imtiyazları olan təbəqələrə qanuna müvafiq olan güzəştlərə əməl edilməsi ilə bağlı ciddi tapşırıq verilməsi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən mövzuya münasibət öyrənmək istəsək də, telefon zənglərimiz cavabsız qaldı.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın