Nərmin cinayəti ilə bağlı 5 şübhəli məqam - İlkin Süleymanovun qardaşı açıqlayır

Nərmin cinayəti ilə bağlı 5 şübhəli məqam - İlkin Süleymanovun qardaşı açıqlayır 

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın faciəvi qətli ilə bağlı məhkəmə prosesi davam edir.

 Nərminin ölümündə 1973-cü il təvəllüdlü kənd sakini İlkin Süleymanov təqsirləndirilir. Lakin İlkinin qatil olduğuna inanmayan çox sayda insan, tapılan meyitin isə Nərmin olmadığına aid şübhəli məqamlar var.

 

Faktinfo.az-ın məlumatına görə,bu barədə Pravda.az-a açıqlama verən İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, mayın 18-də keçirilən məhkəmədə ABŞ səfirliyindən də nümayəndələr iştirak edib:

 

“Bu, bizi çox sevindirdi. Belə aydın olur ki, bu məsələ artıq səfirliyi də maraqlandırır. Daxili məsələ olmasına baxmayaraq, bəzi saxtakarlıqları artıq onlar da görürlər”.

 

A.Sülymanov Nərminin qətli ilə bağlı bir sıra şübhəli məqamlardan da söz açıb.

 

Onlardan bir qismini təqdim edirik:

 

1.Tapılmış meyitin əlamətləri ilə Nərminin əlamətləri arasındakı ziddiyyətlər

 

Hadisənin şahidi olan kənd sakinləri bildirirlər ki, tapılan meyitin ölçüləri Nərmindən böyük olub. Meyitin əynindəki qırmızı gödəkçə və yaşıl ayaqqabısından polis rəisi onun Nərmin olduğunu elan edib. Həmin meyit tapıldıqdan 2 gün sonra dəfn olunub. Cəsədin Nərminin valideyinlərinə göstərilmədən dəfn edilməsi şübhələri daha da artırır. Bu səbəbdən də meyitin ölçüsü araşdırılıb.

 

2. Ölçülər arasındakı uyğunsuzluq

 

İstintaq Nərminin boyunun təxminən 1 m 20 sm olduğunu müəyyənləşdirib. “AutoCAD” proqramı ilə müəyyən edilib ki, tapılan meyitin uzunluğu 1 m 47 sm-dir. “Yutub” kanalında paylaşılan görüntülərdən də ölçü çıxarılıb – 1 m 42 sm olub. Cəsədin qəbrə qoyulması anında çəkilən video görüntülər “Yutub” kanallarında var. Qəbrin uzunluğunun 1 m 60 sm olduğu aydın görünür. Hər birinin uzunluğu 40 sm olan 4 kubik istifadə olunub. Görüntülərdən məlum olur ki, meyit qəbrin içi boydadır və qəbrə yerləşdirməkdə çətinlik yaranır. Meyitin ölçüsü qəbrə qoyulma anında da ölçülüb, yenə ölçülər 1 m 43 sm-a gəlib çıxıb. Hər 3 halda meyitin uzunluğunun Nərminin boyundan 22-27 sm uzun olduğu müəyyən edilir. Ən təəccüblüsü odur ki, ekspert tapılan meyitin faktiki ölçüsünü istintaq materiallarında verməyib.

 

3. Nərminin iki dişi yox idi, meyitin isə 1 dişi.

 

Valideyinləri Nərminin iki dişinin olmadığını bildiriblər. Lakin ekspertiza tapılan meyitdə yalnız 1 dişin olmadığını qeyd edib.

 

4. Qan qrupu

 

Tibbi ekspert tapılmış cəsədin 2-ci qan qrupuna aid olduğunu bildirib. Lakin Nərminin 2018-ci ildə alınmış şəxsiyyət vəsiqəsində qan qrupu 4-cü qrup göstərilib. Tovuz Rayon Mərkəzi Xəstəxanasındakı və Dondar Quşçu kənd tibb məntəqəsindəki Nərminə aid arayışlarda da onun qan qrupunun 4-cü qrup olduğu göstərilib.

 

5. Uşaq İlkinin evində necə qala bilərdi?

 

Ev İlkingilin babasından qalıb. Sonradan arakəsmə ilə bölünüb. Bir hissəsi İlkinin atasına, digəri isə İlkinin əmisinə verilib. Arakəsmə olduğuna görə bir evdəki səslər digər evdə də eşidilir. Necə olub ki, bu uşaq ongünlərlə orada olub, amma səsini eşidən olmayıb? İlkingilin həyətdə başqa evləri var, bu ev qışda soyuq olduğuna görə orada meyvə-tərəvəz saxlayırlar. Buna görə ailə üzvləri 47 gün ərzində dəfələrlə ora girib-çıxıb. Bacısı ifadəsində deyib ki, uşağın saxlandığı iddia olunan evdə oğlu toya gedərkən kostyum geyinib, paltar dəyişib.

 

Ardı var…

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi