“Nüvə silahı ya hamı üçün əlçatan olmalıdır, ya da…” – Ərdoğan
“Bu gün dünyada ədalətsizlik hökm sürür”.
APA.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib.
R. T. Ərdoğan deyib ki, BMT İkinci Dünya müharibəsindən sonra ədalətsizliyi aradan qaldırmaq üçün qurulub: “Ancaq dünya aclıq, münaqişə, iqlim dəyişikliyi kimi problemlərin həllinə təsirini itirir. Dünyanın bir qismi lüks yaşayırsa, digər tərəfində aclıq, səfalət var. Bu, qəbul edilə bilməz. İki milyon insanın yoxsulluq, 1 milyon insanın aclıq həddində yaşaması qəbuledilməzdir. Dünyanın taleyi məhdud sayda ölkələrin ixtiyarına buraxıla bilməz. Dünya beşdən böyükdür”.
Türkiyə Prezidenti qeyd edib ki, nüvə silahlarına malik olanların nüvə silahı olmayanları təhdid etməsi anlaşılandır: “Nüvə silahının tamamilə ləğv edilməsi yerinə hər böhranda bir vasitə kimi ortaya qoyulması düzgün deyil. Nüvə silahı ya hamı üçün qadağan edilməlidir, ya da hamı üçün əlçatan olmalıdır”.
Bu xəbər üçün şərh yazın