"O, ARTIQ HEÇ BİR ÇAĞIRIŞA ƏHƏMİYYƏT VERMƏYƏCƏK..."- Ermənilər Ərdoğanın təkrar seçilməsindən narahatdırlar

"O, ARTIQ HEÇ BİR ÇAĞIRIŞA ƏHƏMİYYƏT VERMƏYƏCƏK..."- Ermənilər Ərdoğanın təkrar seçilməsindən narahatdırlar 

Türkiyədə başa çatan prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması gözlənildiyi kimi, ermənilərin ümidlərini puç etməklə yanaşı, narahatlıqlarını da xeyli artırıb.

Faktinfo.az AzPolitika.info-a istinadən  xəbər verir ki, erməni mətbuatında çıxış edən politoloqların, ayrı-ayrı mütəxəssislərin fikirlərində Türkiyə seçkilərinin nəticəsindən məyusluq açıq-aşkar sezilməkdədir.

Məsələn “news.am”-a danışan erməni türkoloq Andranik İspiryan deyib ki, artıq birinci turdan sonra Ərdoğanın qalib gələcəyi bəlli idi. O, hesab edir ki, Ərdoğanın seçilməsində Azərbaycan kökənli Sinan Oğanın mövqeyi həlledici rol oynayıb. Belə ki, onu dəstəkləyənlər Türkiyədə yaşayan Azərbaycan kökənli vətəndaşlar, yaxud Azərbaycanla bu və ya digər formada əlaqəsi olanlar, ona xüsusi rəğbətlə yanaşanlardır. Onlar isə Oğanın yarışdan çəkilməsindən sonra sözsüz ki, Ərdoğana səs verəcəkdilər: “Belədə onlar Azərbaycana münasibəti o qədər də xoş olmayan Kılıçdaroğluna yox, Ərdoğana səs verməli idilər”.

İspiryan iddia edib ki, bundan sonra Ərdoğanın Ermənistana münasibətdə mövqeyi daha da sərtləşəcək: “Təəssüf ki, Türkiyə bizim ölkəmiz ətrafında baş verən ciddi hadisələrdə böyük rol oynayır... Əgər seçkiyə qədər Ərdoğan Ermənistana münasibətdə təmkinli olmağa və Qərbi öz üzərinə qaldırmamağa çalışırdısa, indi onun belə bir narahatlığı yoxdur və əl-qolu açılıb. Bu, o deməkdir ki, biz ilk növbədə bunları nəzərə almalıyıq. Ərdoğan bundan sonra Qərbin çağırışlarına və nəsihətlərinə əhəmiyyət verməyəcək, ona necə rahatdır, elə də edəcək. Ermənistan bunu nəzərə almalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər