Ölü» dəfn zamanı dirilib – Hindistanda

Ölü» dəfn zamanı dirilib – Hindistanda 

Hindistanın Lakxnau şəhərinin sakinini az qala diri-diri basdıracaqlarmış. Kişi qəzaya düşüb və onu özəl xəstəxanaya aparıblar, ancaq qohumlarının pulu yalnız iki günlük müalicəyə bəs edib («NDTV»).

Pul ala bilməyən həkimlər yaralını ölmüş elan ediblər. «Həlak olmuş»un ailəsi dəfn təşkil edib. Amma basdırılma anında ətrafdakılar kişinin ayaqlarının hərəkətini müşahidə ediblər.

«Ölü»nü təkrar xəstəxanaya aparıblar. Həkimlər onun diri və kritik vəziyyətdə olduğunu təsdiqləyiblər və ciyərlərin süni ventilyasiyası aparatına qoşublar…

İndi bu tarixcəni polis araşdırır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər