Orta ixtisas təhsili müəssisələrindən edilən şikayətlər bir neçə dəfə artıb -

Orta ixtisas təhsili müəssisələrindən edilən şikayətlər bir neçə dəfə artıb - BAŞLICA SƏBƏB

Faktinfo.az xəbər verir ki,son vaxtlar müəllimlərin işdən azad olunması ilə bağlı şikayətlər çoxalıb.Xüsusilə uzun illər təhsil sahəsində çalışan, təcrübəli müəllimlərin müxtəlif səbəblərdən iş yerlərini itirməsi diqqət çəkir.

Eləcə də,kollec direktorlarından edilən şikayətlər əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb.Şikayətlərin edilməsində başlıca səbəb müəllimlərin qanunsuz işdən çıxardılmasıdır.Qanunsuz ona görə deyirik ki,məhkəmələr çıxartdıqları qərarlarla bunu təsdiqləyirlər.Artıq aidiyyatı qrumlar bunu inkar edəcək iqtidarda deyillər.

Məsələ burasındadır ki,son zamanlar Gəncə Dövlət Regional kolleci,Tovuz Dövlət Sosial-İqtisadi kolleci,Qazax Dövlət Sosial- İqtisadi Kolleci,BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci,Bakı Humanitar Kolleci,Şuşa Humanitar Kolleci və digər təhsil müəissələrində baş verənlər pis bir nümunədir.


Məsələn,son günlər Şuşa Humanitar Kollecinin 16 müəllimi işsiz qalıb.Onların sözlərinə görə, dərs yükünün az olması səbəbindən 16 müəllim işdən azad edilib. Bu barədə müəllimlər yerli saytlara müraciət edib. Kollecin fortepiano müəllimi Kamilə Səkixanlı bildirib ki, onun 41 illik pedaqoji təcrübəsi var və pensiyaya çıxmasına cəmi 4 il qalıb. Buna baxmayaraq, dərs yükünün az olması əsas gətirilərək işdən çıxardılıb. Oxumağa dava et


Bu vəziyyət bir sıra suallar yaradır. Uzun illər çalışan müəllimlərin gələcək taleyi necə olacaq? Onların təcrübəsindən başqa təhsil müəssisələrində istifadə etmək mümkün deyilmi? İşsiz qalan müəllimlərin yenidən işlə təmin olunması üçün hansı addımlar atıla bilər?


Təəssüf ki, hələlik bu istiqamətdə belə bir yanaşma müşahidə etmirik. Belə görünür təhsil siyasətinin və aydın təhsil strategiyasının olmamasından, düzgün planlaşdırma və kadr siyasətinin aparılmamasından irəli gələn kütləvi narazılıq yaranır.Kütləvi şəkildə kimlərsə, kim(lər)dən incik salınır! Artıq bir kollecdə deyil,bu oxşar vəziyyətlə bir çox yerlərdə qarşılaşmaq mümkündür.


Belə ki,Kolleclərdə müəllimlər ixtisas uyğunsuzluğu adı altında işdən çıxardılır,bəzilərinin ştatı ləğv olunur, sonradan onların yerinə digəriləri işə götürülür.Məhkəmələr başlayır,saytlara şikayət məktubları ünvanlanır,bir sözlə aləm dəyir bir birinə.Tələbələrə normal dərs tədris edilməsi məsələsi qalır kənarda,tələbələr bir -birini bıçaqlayır kollec direktorları isə bayramlarda tələbə krediti hesabına formalaşan vəsaitdən kimlərə nə qədər mükafat yazılmasını müzakirə edirlər.

Məsələn,elə də olur ki,5 oktyabr Müəllimlər Günü münasibəti ilə dərs tədris edən müəllimə 200-300 manat mükafat verilir,kollec direktoruna 1803 manat, sürücüsünə 800AZN, anbardara 600AZN mükafat yazılır.Yazılan ümumi mükafatın məbləği 15256,52 manatla yekunlaşır.Bütün bunlar da haqlı narazılıqlara səbəb olur.Artıq müəllimlər hər şeydən xəbərdardılar,aidiyyatsız məbləğlər kimlərə niyə yazılır,kolleclərə təzə təyin edilən direktorlar müəllimləri nə səbəbdən işdən çıxardır,hamı hər şeyi yaxşı bilir.Bütün bunlar da dediyimiz kimi narazılıqlarla müşahidə olunur.

Bu və digər narazılıqlara rəğmən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru susqunluğunu qoruyur,Elm və Təhsil Naziri ciddi intizam tədbirləri görmək istəmir,himayəçilik,yerlibazlıq baş alıb gedir.Hara qədər,bütün suallar isə açıq qalır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin  (EATDA) Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov isə bu baş verənləri islahat,böyük əmək və davamlı fəaliyyət kimi xarakterizə edir.Sitat:“Son il yarım ərzində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində olan 38 orta ixtisas təhsili müəssisəsində islahatlar aparılıb.Bu müddətdə kolleclərdə idarəetmənin təkmilləşdirilməsi, struktur və kadr dəyişiklikləri,eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib”.

Onun bu açıqlamasından isə belə başa düşülür ki,direktorlar,onların müavinləri dəyişdirilib bu da mühüm bir addımdır.

S.Həmidov ötən ay “Azərbaycan müəllimi”nə açıqlamasında onu da bildirib ki,bu gün Qazaxda, Zaqatalada, Naxçıvanda və Bakıda yerləşən orta ixtisas təhsili müəssisələrində ciddi canlanma,inkişaf və dəyişikliklər müşahidə edilir. Bütün bunlar Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir.

Samir Həmidov "canlanma,inkişaf və dəyişikliklər" deyəndə nəyi izah etmək istəyir,bilinmir.Yox əgər canlanma,inkişaf,dəyişiklik müəllimlərin məhkəmələrə üz tutmaları,saytlara şikayətlər göndərmələri,Gəncə Dövlət Regional kollecində "istefa" tələbi ilə ortaya çıxmalarıdısa düz deyir.

Bax beləcə orta ixtisas təhsili müəssisələrində hələ ki, islahat adı altında baş verən oyunbazlıqlar davam edir.Ara-sıra verilən açıqlamalar isə imitasiya xarakterli "işləyirik görüntüsüdən" oyana keçmədiyi anlamında anlaşılır.

Faktinfo.az









Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪