Pənah Hüseyn DTX-ya çağrıldı
Bu gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunub.
BakuPost.az xəbər verir ki, ondan "ölkənin cənubunda və şimalında təxribatlar hazırlanır” açıqlamasına dair izahat alınıb.
Xural.com xatırladır ki, Pənah Hüseyn bir neçə gün bundan öncə Müsavat TV-də canlı efirdə "Aprel-may aylarında Azərbaycanın cənubunda və şimalında ciddi təxribatlar hazırlanır” məzmununda fikirlər səsləndirmişdi.
AXP sədrinin bu fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın