Pənah Hüseyn : Fəzail İbrahimlinin Milli Məclisə vitse-spiker seçilməsi ...
Müxalifət partiyasının təmsilçisi deputat Fəzail İbrahimlinin Milli Məclisə vitse-spiker seçilməsi bir çox dairələrdə fərqli yanaşma kimi qəbul olunur.
Maraqlıdır, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan Fəzail İbrahimlinin vitse-spiker kimi fəaliyyət göstərməsi müxalifətə nə verə bilər?
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Modern.az-a açıqlamasında müxalifət nümayəndəsinin vitse-spiker postunu tutmasına münasibət bildirib.
O qeyd edib ki, müxalifətçinin seçilməsi prinsipcə müsbət haldır:
“Fəzail İbrahimli savadlı tarixçidir, alimdir. Prinsipcə Fəzail İbrahimlinin vitse-spiker təyin olunmasının müsbət tərəfi var. Bu da presedentin yaradılmasıdır. Biz müxalifət nümayəndələri olaraq neçə illər idi ki, bu məsələni irəli sürürdük. Hesab edirəm ki, ümumilikdə Milli Məclisdə vitse-spiker olaraq kim olur-olsun, müaxlifət adına hər halda bir presedentdir”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın