“POLADOVUN PUL TƏLƏBİNİ RƏDD ETDİYİM ÜÇÜN...”

“POLADOVUN PUL TƏLƏBİNİ RƏDD ETDİYİM ÜÇÜN...” - Səhiyyə Nazirliyinin şöbə müdiri məhkəməyə verilib

“Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladovun pul tələbini rədd etdiyim üçün məni şantaj edərək, işdən kənarlaşdırdı”.

Bu sensasiyalı ittihamı Füzuli rayonundakı Diaqnostika Mərkəzinin sabiq direktoru Cümşüd Məmmədov “gununsesi.org” saytına açıqlamasında dilə gətirib.

Sabiq direktor iddia edib ki, Gülmirzə Poladov ölkənin bütün şəhər və rayon xəstəxanalarının baş həkimlərindən aylıq haqq alır: Bu adam o qədər tamahkar olub ki, köçkün bir rayondan da pul umub. Mənə açıq şəkildə deyirdi ki, sən də nazirliyə “kömək” eləməlisən. Bildirdim ki, nazirlik rayona diqqət göstərməlidir. Mən burada pul qazanmıram ki, sizə də verəm. Mən onun bu tələbini rədd etdim, sonra məni şantaja keçdi, işdən kənarlaşdırdı. Onu məhkəməyə vermişəm, hazırda məhkəmə çəkişməmiz gedir. Son məsələlərə görə proses təxirə salınıb”.

Sayt Gülmirzə Poladovun da mövqeyini öyrənməyə çalışdığını, ancaq onun ittihamlara münasibət bildirmək istəmədiyini qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi