Polis İdarəsinin rəisləri işdən çıxarıldı,7 rəis iş yerini dəyişdi

Polis İdarəsinin rəisləri işdən çıxarıldı,7 rəis iş yerini dəyişdi – Rəsmi

Bakının 4 rayonunun polis rəisinin işdən çıxarılması haqda məlumat 8 yanvarda yayılmışdı.

Məlumatda Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Binəqdi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi Şəmşir Kazımovun işdən azad edildiyi bildirilirdi.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatı təkzib etdi.

Bunun ardınca sözügedən rəislərin vəzifədən azad edilməsi ilə bağlı yenidən məlumat yayılıb.

Binəqədi Rayon Polis İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayevin işdən çıxarılması ilə bağlı məlumat Daxili İşlər Nazirliyindən bir daha təkzib edilib.

Məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov isə işdən azad ediliblər.

***

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax Rayon Polis Şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Cəmil Əmirovvəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi təyin olunublar.

Gəncə Şəhər Baş Polis İdarəsinin işdən çıxarılan rəisi Faiq Şabanov və Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov sərəncama götürülüb.

Məlumatı Report-a DİN mətbuat xidmətinin rəsi müavini Orxan Mansurzadə təsdiqləyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi