Polşada azərbaycanlı tələbələrə silahlı hücum –ARALARINDA ERMƏNİ DƏ VAR
Ötən gecə Polşanın paytaxtı Varşavada azərbaycanlı tələbələr hücuma məruz qalıb.
BakuPost.az xəbər verir ki, şəhərdəki ali məktəblərin birində təhsil alan Rəvayət və Tural adlı tələbələr gecə klubundan çıxarkən rusca danışan bir qrup gəncin təhqirləri ilə üzləşiblər. Tələbələr bu təhqirlərə cavab verdikdən sonra əlbəyaxa dava düşüb. Nəticədə rusdilli gənclər həmyerlilərimizə qarşı qaz tapançasından istifadə ediblər.
Hadisə nəticəsində azərbaycanlı tələbələr xəsarət alıb. Məlumata görə, tələbələrə hücum çəkən rusdillilərin içərisində Artur adlı erməni gənc də olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın