Prezident sabiq naziri təltif etdi:"Bizim indiyədək yalnız bir amalımız olub, o da..."
Prezidet İlham Əliyev Dövlət Dəniz Akademiyasının rektoru, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovu “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.
Bu barədə Modern.az-a Heydər Əsədovun özü məlumat verib.
O, bu medala layiq görülməsilə ilə bağlı ölkə başçısı İlham Əliyevə təşəkkür edib:
“Cənab Prezidentə təşəkkür edirəm. Çox sağ ol deyirəm ki, bizi diqqətdən kənarda qoymayıb. Bizim indiyədək yalnız bir amalımız olub, o da dövlətə, dövlətçilik ənənələrinə sadiqlikdir. Keçmiş fəaliyyətim də, indiki işim də yalnız güclü Azərbaycan üçündür. Bundan sonra da dəyişməz olaraq qalacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın