Prezidentin kürəkəni həbs edildi

Prezidentin kürəkəni həbs edildi 

Gürcüstan polisi Tiflisdə Prezident Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçurini saxlayıb.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Onun polisin axtarışında olan şəxslərdən biriylə birgə yaxalandığı bildirilib. DİN Qoqoçurini qanunsuz odlu silah saxlamaq ittihamı ilə həbs etdiyini açıqlayıb.

Qeyd edək ki, Marqvelaşvilinin birinci evliliyindən olan qızıyla ailə quran Qoqoçuriyə 2017-2018-ci illərdə iki sui-qəsd cəhdi olub. Hər iki hücum zamanı o yaralanıb.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi