"Pskova hücum Rusiya ərazisindən endirilib" - Ukrayna kəşfiyyatı
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Pskovdakı Kresti aerodromuna hücum barədə danışıb.
Report.az UNIAN-a istinadən xəbər verir ki, o, hücumun Rusiya ərazisindən həyata keçirildiyini bildirib.
O, əməliyyatı Ukrayna kəşfiyyatçılarının, yaxud rus partizanlarının həyata keçirdiyini açıqlamayıb.
K. Budanov, həmçinin nə qədər pilotsuz uçuş aparatından (PUA) istifadə olunduğu barədə də məlumat verməyib.
Qeyd edək ki, avqustun 30-da Rusiyanın Pskov vilayətinə PUA-larla hücum olub. Nəticədə Rusiyanın 2 İl-75 təyyarəsi məhv edilib.
Məlumata görə, həmin gün Ukrayna Rusiya ərazisinə indiyə qədərki ən böyük hücumu həyata keçirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın