"Qanunun geri götürülməsi xalqın qələbəsidir"

"Qanunun geri götürülməsi xalqın qələbəsidir" 

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsi barədə danışıb.

Yeniavaz.com "iz.ru”ya istinadla xəbər verir ki, Zurabişvili qanunun geri götürülməsini xalqın qələbəsi adlandırıb.

““Xarici agentlər haqqında qanun”un geri götürülməsi ilə bağlı hakimiyyətin düzgün qərarını alqışlayıram. Bu qərar xalqın real gücü nəzərə alınmaqla diktə edilib”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, bir neçə gündür Gürcüstanda minlərlə insan “Xarici agentlər haqqında qanun”a görə etiraz aksiyası keçirib.

Layihəyə əsasən, Gürcüstan xaricdən maliyyə alan qeyri-hökumət təşkilatları və KİV-lərin reyestrini qura bilər. İnsanlar qanunun media və digər təşkilatların fəaliyyətinin məhdudlaşdırdığını əsas gətirərərk qanunun ləğvinə çağırıblar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər