Qarabağ münaqişəsinin həlli kommunikasiyaların inkişafı üçün yeni imkanlar yaradır

Qarabağ münaqişəsinin həlli kommunikasiyaların inkişafı üçün yeni imkanlar yaradır 

Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun şanlı Zəfəri ilə bitdi.

Bu Zəfər 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Azərbaycan dövləti tarixi ədaləti bərpa etməklə yanaşı illərlə kağız üzərində qalmış BMT qətnamələrinin icrasını da təmin etmiş oldu. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, artıq qalib ölkəyə çevrilməsi təbiidir ki, yeni reallıqlar yaratdı. Postmüharibə dövrünün reallıqları ölkəmizin iqtisadi və siyasi potensialının, beynəlxalq nüfuzunun artan səviyyəsini bir daha təsdiqlədi.

İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin uğurla davam etməsi və beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək istiqamətində mühüm uğurlar əldə etməyimiz Prezident İlham Əliyevin siyasi səriştəsinin və qətiyyətinin nəticəsidir. Postmünaqişə dövrünün reallıqları ölkəmizə olan müsbət maraqları artırmış, ölkəmiz regionda  əsas söz sahibinə çevirmişdir.

 Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

Bütün bu diplomatik uğurlarımızla yanaşı, dövlətimiz tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda bərpa- tikinti və quruculuq işləri sürətli şəkildə həyata keçirilməkdədir.Bütün istiqamətlərdə olduğu kimi, yeni kommunikasiyaların açılması üçün münbit şərait yarandı. Belə ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Bu isə öz növbəsində yeni əməkdaşlıqlara, səmərəli tərəfdaşlıqlara yol açacaqdır.

Bəllidir ki, Azərbaycan hər zaman sülhün və əməkdaşlığın təşəbbüskarı və tərəfdarıdır. İndi də  Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır.

 Bütün bunlara baxmayaraq rəsmi İrəvan öz cinayətkar əməllərindən hələ də əl çəkmir. Sülhə yox təxribata çalışır. Məhz bunun nəticəsidir ki,  cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını  qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Vətən müharibəsi, eləcə də “Qisas əməliyyatı” və son təxribatların qarşısının alınması ordumuzun və dövlətimizin gücünü, xalqımızın birliyini bir daha sübut etdi. Artıq bu birlik “Dəmir yumruq” olaraq bütövləşib. Ölkə başçısı cənab İlham Əliyevin sözləri ilə desək, “Dəmir yumryq” hər zaman yerindədir.

Bildiyimiz kimi Qələbə itkisiz qazanılmır. Vətən müharibəsində qazandığımız Zəfər də şəhidlərimizin qanı, qazilərimizin sağlamlığını itirməsi hesabına qazanıldı. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.

Torpaqlarımızı işğaldan azad edib, 27 illik həsrətimizə son qoyduğuna, azad edilmiş ərazilərdə sürətli tikinti-quruculuq işləri apardığına, füzulilərə hər zaman diqqət və qayğı göstərdiyinə görə ölkə başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.

 Zöhrab Quliyev,

 Füzuli rayon İHB-nın Arayatılı kənd 

inzibati ərazi dairəsi üzrə nümayəndəsi



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi