Qərbi Kaspi Universiteti açıqlama yaydı: Fotodakı situasiyanı provakasiya məqsədilə tələbənin etdiyi belə şübhə doğurmur
Qərbi Kaspi Universiteti olaraq Ulu Öndər Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotonu gördükdə üzüldük və təəssüf hissi keçirərək bildiririk ki, bu fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparılır. hazırladığı və fotosunu çəkdiyi
Qərbi Kaspi Universiteti müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin ənənələrinin, siyasi kursunun təbliğinə daim xüsusi diqqətlə yanaşmış, dahi liderin Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyi yolunda əvəzsiz xidmətlərinin gənc nəsilə çatdırılmasına səylə çalışmış, daim bu siyasətin dəstəkçisi olmuş, İDEYA hərəkatının keçirdiyi tədbirlərin fəal iştirakçısı olmuşdur.
Hansısa narazı qalmış tələbənin və ya digər şəxsin bu fotodakı situasiyanı provakasiya məqsədilə hazırladığı və fotosunu çəkdiyi şübhə doğurmur. Fotoda köynəyin hər iki tərəfinin çevrilərək çəkilməsi bu əməlin məqsədliliyindən xəbər verir – istisna deyil ki, şəxs köynəyi özü ilə gətirərək, belə bir situasiya hazırlayıb və fotosunu çəkib.
Faktinfo.az xəbər verir ki,faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib.
Bir daha Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, hörmətli Prezidentimizə və ailəsinə dərin ehtiramımızı və gördüyümüzdən iztirab və üzüntü keçirdiyimizi ifadə edirik.
Qeyd edək ki,Heydər Əliyevin adına açılan səhifədə Ümummilli liderin 94 illiyində onun şəkli əks olunan köhnəklərdən Qərbi Kaspi Universitetində döşəmənin silinməsi üçün istifadə edilməsinə dair foto yayılıb.
Bu xəbər üçün şərh yazın