Qərbi Kaspi Universitetinin tələbələri süni intellekt modulunu proqramlaşdırıblar
Qərbi Kaspi Universitetinin tələbələri Xseron süni intellekt modulunu proqramlaşdırıblar. Bu qurğuda bütün əməliyyatlar süni intellekt tərəfindən idarə olunur.
Faktinfo.az xəbər verir ki, Radiodalğa ilə idarəedən əlcək 6 təkərli modulu 1000 metrədək məsafədən idarə edə bilir, hər hansı bir istənilən bucaq altında dönə bilir. İrəli-geri hərəkət əlin hərəkətilə tənzimlənir.
Tərkibində müxtəlif sensorlar var: Alov, temperatur, nəmlik, qaz axını sensorları və s.
Bütün informasiya internet olmaq şərtilə hər yerə göndərilə bilər. Robot qoldan istifadə olunaraq yanğın olan ərazini yanğınsöndürmə kürəciyi vasitəsilə söndürmək mümkün olur. Modulu drona da çevirmək mümkündür. Dron yanğın ərazisinə yanğınsöndürmə kürəciyini ata bilər.
Avadanlığın sxemini və proqram təminatını tələbəmiz, universitetimizin Texnoparkında fəal olaraq məşğələlərdə iştirak edən Cəbrayıl Şahbazov və məktəbli Murad Eyvazzadə hazırlayıb.
Qeyd edək ki, Qərbi Kaspi Universitetinin Texnoparkı tələbələrin ixtiraçılıq qabiliyyətini təşviq edir, mütəxəssislərin köməyi ilə burada müxtəlif ideyaların praktik məhsula çevrilməsinə dəstək göstərilir. Burada ideyanın gerçəkliyə çevrilməsi bir neçə mərhələdən keçir: tələbə öz ideyasını banka daxil edir, ideya mütəxəssislər tərəfindən nəzərdən keçirildikdən sonra Texnoparkın nəzdində yaradılan Prototip Texnologiya Mərkəzinə yönəldilir.
Daha sonra layihənin prototipi hazır olduqda o, Biznes İnkubatora ötürülür.
Relallaşdırılan prototip və biznes layihə hazır olduqda onun üzərində Startup Mərkəzində iş başlayır. Startup Mərkəzində layihə potensial alıcılara təklif edilir və ya müəllif pay sahibi kimi saxlanılmaqla investisiya cəlbi üçün köməklik göstərilir.
Bu xəbər üçün şərh yazın