Qeysəriyyə əməliyyatından sonra körpə öldü – BAKIDA
Bu barədə vətəndaş Qalib Salahov bildirib.
Onun sözlərinə görə, qızı Ayşən Əfqanlı Gömrük Hospitalının həkimi Nərmin Muradovanın pasiyenti olub:
“Hamiləlik vaxtı bütün müayinə və doppler analizləri aparılmışdı. Bizə deyilmişdi ki, təbii doğuş aprelin 18-də olacaq. Amma martın ortasında həkim Nərmin Muradova qızıma deyib ki, apreldə mən Azərbaycanda olmayacağam, gəl indi əməliyyatla uşağı götürək. Amma uşağın əməliyyatla götürülməsi üçün heç bir tibbi səbəb olmayıb.
Martın 19-da Gömrük Hospitalında əməliyyat olunub və uşağın ağciyərləri açılmamış həkim onu götürüb. Buna görə də körpədə xəstəliklər yaranıb. Onu küvezə yerləşdirdilər və bu formada müalicəsinin davam etdirilməsi üçün bizdən 4 min manat istədilər. O pulu verməyə imkanımız çatmadığı üçün uşağı OMD xəstəxanasəna köçürdük.
Körpə əməliyyat vaxtı aldığı travmalara görə martın 23-də orada vəfat etdi. Mənim nəvəm həkimin acgözlüyü nəticəsində öldü. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm, araşdırma aparılır”.
Bu xəbər üçün şərh yazın