Qəzaya düşən təyyarənin pilotunun xanımı: "Qızı yuxudan atasının öldürüldüyü haqda yuxuya oyanıb"
8 yanvar tarixində Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boinq” təyyarəsinin pilotunun xanımı maraqlı açıqlamalar verib.
“Strana” portalına müsahibəsində pilot Vladimir Qaponenkonun xanımı Yekaterina həmin gün qəribə hadisələr baş verdiyini deyib.
Onun sözlərinə görə, 8 yanvarda içində çox pis hiss olub, kiçik qızı isə yuxudan atasının öldürüldüyü haqda yuxuya oyanıb.
Evdə həmin gün gözlənilmədən saat da dayanıb.
“Ona 50 illiyi ilə bağlı saat hədiyyə etmişdilər. Lap yaxında, 20 dekabrda 50 illik yubileyini keçirəndə”, - xanımı deyib.
Pilot xanımı diqqəti daha bir məqama çəkib:
“Uçuşdan əvvəl birgə foto çəkdirmək olmaz. Ona görə yox ki, qəti qadağandır, ona görə ki, olmaz – belə qəbul olunub. Uçuşdan sonra çəkdirmək olar. Ancaq onlar İrana uçuşdan öncə birgə foto çəkdiriblər”.
Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda qəzaya uğraması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. Ölənlərin əksəriyyəti İran vətəndaşıdır. laynerin qəzasına səbəb kimi İran hava qüvvələrinin səhvən sərnişin təyyarəsini vurması versiyası gündəmdədir.
Bu xəbər üçün şərh yazın