“QIZIMI TƏHQİR EDİRDİLƏR, DİREKTOR BİLİRDİ…”

“QIZIMI TƏHQİR EDİRDİLƏR, DİREKTOR BİLİRDİ…” – ŞOK açıqlamalar

Bakıda 162 saylı məktəbin intihara cəhd edən 8-ci sinif şagirdi Elina Hacıyevanın anası baş verənlər haqda danışıb.

Şagirdin anası Sevil Hüseynova BAKU.WS saytına bildirib ki, qızı məktəbdə oxuduğu dövrdə dəfələrlə təhqirə məruz qalıb. “Müəlliməsi Çimnaz Hacıyeva da məsələ barədə məlumatlı idi. O, qızımın tərəfini tuturdu. Lakin dəfələrlə direktora da şikayət etmişik. Lakin direktor bu barədə heç bir tədbir görməyib.

Qızımı məktəbdə incidirdilər. Böyük sinifdə təhsil alanlar qızımı ələ salırdılar. Ona “peysər”, “lesbiyan”, “quş” deyirdilər. Qızımla birlikdə bacımın qızı da təhsil alır. Xalası qızı da onun tərəfini tuturdu deyə, o qızı da incidirlər”, – deyə Sevil Hüseynova bildirib.

Ana deyir ki, məktəbin direktoru şikayət olunmasına baxmayaraq, heç bir tədbir görməyib. Əksinə, uşağa təzyiqlər daha da artıb: “Qızım hər gün evə gəlib ağlayırdı. Nə baş verdiyini soruşanda da, bir söz demirdi. Bezdiyi üçün özünü öldürmək istəyib. İndi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır”.

Qeyd edək ki, Elina kiçik yaşlarında olarkən anası ilə atası ayrılıb. Sonradan Sevil Hüseynova başqa insanla ailə qurub. İndi onun doğma atası da qızı ilə maraqlanır. Onların münasibəti yaxşıdır. Ögey ata da Elina ilə xoş münasibətdədir.

1554468973_8-yasli-qiz

Məsələ ilə əlaqədar saytın əməkdaşı 162 saylı məktəblə əlaqə saxlayıb. Katibə bildirib ki, məktəbin direktoru Sevinc Abbasova, eləcə də, digər səlahiyyətli şəxslər iclasdadırlar. Katibə ümumiyyətlə intihar barədə danışmaq istəmədiyini bildirib.

Xatırladaq ki, hadisə aprelin 4-də baş verib. Hadisə şahidlərinin virtualaz.org-a bildirdiklərinə görə, Elina əvvəllər də bir neçə dəfə intihara cəhd edib: “Qızı təcili yardımla xəstəxanaya apardılar. Bir də gördük ki, valideynləri qaça-qaça gəldi. Qızın xəstəxanada olduğunu eşidən kimi çıxıb getdilər. Bəlkə də, çox şagirdin onunla danışmaması qıza pis təsir edib”.

Məktəbin mühafizə xidməti küçədəki bütün uşaqlara tanımadığı adamlarla danışmamağı tapşırıb. Uşaqlar deyirlər ki, qızın başının gicəlləndiyini və pəncərədən yıxıldığını söyləməyi tapşırıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbli hazırda reanimasiyadadır, ona çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, yumşaq toxumaların və ağciyərin əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Report.az-a deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi