Qorxmaz Hüseynov əvəzlənəcək

Qorxmaz Hüseynov əvəzlənəcək 

Ölkəmizdə əksər sahələrdə ciddi islahatların aparılması onu deməyə əsas verir ki, 2021-ci ildə bir çox yüksək vəzifəli məmurlar öz kresloları ilə vidalaşmalı olacaqlar.

Faktinfo.az xəbər verir ki,bu sırada adı daha çox hallandırılanlardan biri də “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdur. Hazırda “Azərsu” ASC-nin dəhlizlərində də bu barədə söz-söhbətlər dolaşır,onu əvəzləyə biləcək şəxslərin adları çəkilir.

Ehtimal kimi zamanında bu quruma rəhbərlik etmiş, sonradan isə uzun müddət Milli Məclisin sədri olmuş Oqtay Əsədovun da üzərində  dayanılır.Hətta Oqtay Əsədovun hər zaman hakimiyyətə sədaqəti ilə seçilməsi, ölkə rəhbərliyinin rəğbətini qazanması, üstəlik də su təsərrüfatını bilməsi və bu sahədə böyük təcrübəyə malik olması onun adının üzərində xüsusi dayanılmasını mümkünləşdirir.

İrəli gedərək vurğulanır  ki, Oqtay Əsədovun dövründə “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı abonentlər arasında bu qədər kütləvi narazılıq olmayıb.O da qeyd olunur ki,su kollektor və kanalizasiya şəbəkəsinin normal işləməməsi səbəbindən tez-tez yeni asfaltlanmış prospektlərdə çökmələrin baş verməsi müxtəlif problemlərə, o cümlədən külli miqdarda əlavə vəsait xərclənməsinə gətirib çıxarır.Belə hallar isə Qorxmaz Hüseynovla bağlı vəziyyəti bir az da qəlizləşdirir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi